Əsas Səhifə > Manşet / Hadisə > “Milli Ön” lotoreyalarını UDAN OLUBMU?

“Milli Ön” lotoreyalarını UDAN OLUBMU?


15-12-2025, 09:25

"“Milli Ön” aparatında keçən dəfə ödəniş etmişdim. Reklamlarda və paylaşımlarda guya 440 şans olduğu bildirilirdi. İnsan elə düşünür ki, bu qədər şans varsa, heç olmasa cüzi də olsa bir qazanc olar. Amma nəticədə bir qəpik belə udmadım..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra bildirir: "Bu artıq sadəcə şanssızlıq deyil, insanlarda şübhə yaradır.
Əgər real qazanc, real qaliblər yoxdursa, niyə bunu lotereya adı ilə təqdim edirsiniz? Niyə insanları ümidləndirib sonra məyus edirsiniz? Saxta lotereya görüntüsü yaradıb paylaşım etmək düzgün deyil. Camaat öz halal pulunu xərcləyir, qarşılığında isə heç nə almır.
Belə şeylər insanlara hörmətsizlikdir. Əgər hər şey şəffafdırsa, real qalibləri, real nəticələri açıq şəkildə göstərin. Yox əgər yoxdursa, insanları aldatmaqdan, saxta ümid verməkdən vaz keçin. Açığı, bu cür paylaşımlar etmək ayıbdır.”"



Geri qayıt