Əsas Səhifə > Manşet / Siyasət > 'Azəriqaz'dakı ixtisarlar NƏYƏ XİDMƏT EDİR?

'Azəriqaz'dakı ixtisarlar NƏYƏ XİDMƏT EDİR?


15-12-2025, 02:38

"SOCAR Azəriqaz İB ölkədə işsizliyin artmasına öz töhfəsini verməkdə davam edir?!" "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı qeyd edib.
NHMT sədri daha sonra bildirir: "Göygöl XS işləyən himayəsində 2 tələbə övladı və yaşlı anası olan tək qadına Gəncə XS -də iş təklif edən rəis... bəs insaf, Allah qorxusu?
-Mən Arzu Abbasaliyeva Eldar qızı 22 ildir ki Azəriqaz İshehsalat Birliyinin Gəncə RQİİ-nin Göygöl XS-də işləmişəm. Hal hazırda Göygöl XS-nin Qəza Bərpa Xidmətinin Texnik vəzifəsində işləyirəm. 22 ildir iş stajim, təcrübəm var. Struktur dəyişikliyi ilə əlaqədar olaraq ştatim ləğv olur və mənə Göygöl XS işləməyimə baxmayaraq ✅Gəncə XS də Sayğacların qəbulu şöbəsində Çilingər peşəsi təklif olunur, mən isə xahiş etdim regional xidmətin rəhbərindən ki mənim boş usta yerinə keçirilməyimə köməklik edəsiniz. Mənə uygun gelmədiyimi dedilər, ancaq Regionun 5 rayonda Sayğac əməliyyati xidmətində işləyən işçiləri usta vəzifəsinə keçirdilər. Hal hazırda Göygöl XS-də qalan 1 boş vakant usta yeri olduğu tədqirdə və mənim iş təcrübəm həmin vakansiyanın tələblərinə uyğun olmağına baxmayaq nə məni həmin usta yerinə keçirilməyimə dəstək gösrilmir, nə də ki vakansiya çıxmır. Mənə bildiriş təqdim olunub və bildirişimin vaxtinin bitməsinə çox az müddət qalıb .
✅Tək qadınam... himayəmdə 2 tələbə övladım və yaşlı anam var..."


Geri qayıt