Əsas Səhifə > Manşet / Hadisə > Körpələr Evində böyüklər NƏ İŞ ÇEVİRİR...

Körpələr Evində böyüklər NƏ İŞ ÇEVİRİR...


14-12-2025, 11:55

"Təhsil Araşdırmalar Mərkəzi"nə təhsil məsələsi ilə bağlı yönəldilən növbəti şikayəti, sizin nəzərənizə çatdırmaq istərdik.
Belə ki, aşkar haqsızlığa məruz qalan İsmayılova Səbahət Kərim qızı aidiyyatı qurum və şəxslərdən kömək istəyir.
"DİA-AZ" həmin müraciəti təqdim edir:
"Yazıb sizə bildirirəm ki, 34 ildir Lənkəran şəhər 12 saylı körpələr evi - uşaq bağçasında heç bir qanun pozuntusuna yol vermədən işləyirəm.
09.04.25 -ci il tarixində adı çəkilən bağçaya İsayeva Zəminə Bəyhüseyn qızı müdir təyin olundu.
Artıq uşaq sayı yazmaq tələbinə tabe olmadığım üçün prinsip aparmağa başladı .İşdən uzaqlaşdırılmağım üçün bir ildir hər vasitəyə əl atır. Bağça Həmkarlar Təşkilatı sədrinin Konfedrasiyaya müraciəti nəticəsində müdafiə olunuram.
30.07.25 -ci ildə , iş saatımda Lənkəran Təhsil Sektorunun metodisti Əliyeva Gülnar Qabil qızı tərəfindən sektorluğa dəvət olundum. Məlum oldu ki, barəmdə anonim və 15 imzalı şikayət məktubu daxil olub. Oxumaq hüququm olduğunu tələb etdikdə , vermədi. Şifahi şəkildə bildirdi ki, ya işdən azad olunmaq , ya da başqa bağçaya köçürülməniz barəsindədir.
İzahat yazdırdı. Əhvalım gərginləşdi. Qrafik üzrə 15.07.25 ci ildə əmək məzuniyyətinə çıxacaqdım. İşimi itirmək qorxusundan 01.07.25 -ci il tarixindən əmək məzuniyyətinə buraxılmağım üçün müdirin adına ərizəni poçtla göndərdim.
Ərizəni əl ilə vermədiyimi bildirərək , qəbul etməmiş. "Özbaşına evdəqalma" aktı ilə 01.07.25 - 08.07.25 qədər 08.07.25 tarixli , 74 N:li əmrlə töhmət vermiş
09.07.25 - 12.08.25 müddətə heç bir tənbeh verilməmiş ,
Ümumilikdə 42 gün əmək haqqım yazılmamışdır.
Baş verənlərə səbəb Gülnar Əliyevanın dediyi işdən azad olunmağım üçün yazılmış anonim və 15 imzalı məktub olmuşdur. Məzuniyyətə buraxılmamağım qərəzli olmağı açıq - aydın görünür.
Adiyyatı olan bütün qrumlata müraciət etmişəm..."

Geri qayıt