Əsas Səhifə > Manşet / Araşdırma / Güney Press > Rövşən Nəcəf ölkənin NEFT SƏNAYESİNİ BAX BELƏ MƏHV EDİR...
Rövşən Nəcəf ölkənin NEFT SƏNAYESİNİ BAX BELƏ MƏHV EDİR...11-12-2025, 12:53 |
|
"Dəniz Liman Agentliyinin baş idarəsində bir dənə də olsun dənizdə işləyən adam yoxdur. Sual verirlər ki, “hansı gəmilərdə işləmisən?” Deyirəm – neft-qaz tipli, və ya“”-kran.. Soruşurlar ki, “tankerdə işləmisən?” Özləri isə ümumiyyətlə gəmi tiplərini tanımırlar. Sonra da gəlib çıxırsan SOCAR-ın baş ofisinə – “Ay Rövşən müəllim, mən 20 ildir bu sahənin içindəyəm”, amma baş ofisi elə doldurublar ki, neftin qoxusunu belə tanımayan adamlar oturub..." "DİA-AZ" xəbər verir ki, bunu Neftçilərin hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sosial hesabındakı paylaşımında istifadəçilərdən biri qeyd edir.
O, SOCAR rəhbərliyinə xitabən müraciətini belə davam etdirir: "Ay Rövşən müəllim, sizin əliniz ümumiyyətlə, nə vaxt neftə dəyib? Siz uzağı SOCAR Tower-in 2-ci mərtəbəsində, bankanın içində nefti görmüsünüz. SOCAR Downstream-i də veribsiniz türkiyəlilərin əlinə, hansı ki, orada işləyən azərbaycanlı mühəndislər onlardan 4-5 dəfə az maaş alır!
Bu ölkənin neft tarixi var. Bizim Yusif Məmmədov, Fərman Salmanov, Xoşbəxt müəllim kimi dünya səviyyəsində söz sahibimiz olan neft mütəxəssislərimiz olub. Siz isə ölkənin neft sektorunda mühəndis savadı olan adamı kənara atıb, onun yerinə maliyyəçi götürürsünüz. Bu necə məntiqdir?
İşə qəbul etdiyiniz insanların 50 faizi günün yarısını birinci mərtəbədə "Costa Coffee"də söhbət edib vaxt öldürməklə keçirir. Bir vitse-prezident üçün beş müşavir, dörd müavin təyin edirsiniz. İşə qəbul prinsipi isə bundan ibarətdir: “İngilis dilin var?” – “Var.” “Xaricdə təhsil almısan?” – “Almışam.” “Onda təbriklər, SOCAR-ın baş ofisinə qəbul olundun.” Yaxud da kiminsə qohumu olub gəlirlər, vəzifəyə otururlar.
Bu sistem nə mütəxəssis yetişdirir, nə inkişaf etdirir – sadəcə olaraq ölkənin neft sektorunu içindən boşaldır. Nə isə... deyiləsi dərd deyil..."
Geri qayıt |