Əsas Səhifə > Manşet / Siyasət > Dövlətə 2 milyondan çox borcu olan DÖVLƏT QURUMU...
Dövlətə 2 milyondan çox borcu olan DÖVLƏT QURUMU...10-12-2025, 10:25 |
|
Yasamal İH-in MKT Birliyinin 168 minlik alış siyahısı – Qalib “23 Steps” MMC oldu Yasamal Rayon İcra Hakimiyyəti Başçısının Aparatının Mənzil-Kommunal Təsərrüfatı Birliyi xidmət məqsədli malların satın alınması üzrə keçirdiyi tenderə yekun vurub. Satınalmanın qalibi “23 Steps” MMC olub və şirkətlə 168.000 AZN dəyərində müqavilə bağlanacaq. Alınacaq məhsullar şəhər təsərrüfatında istifadə edilən müxtəlif təyinatlı inventar və texniki vasitələri əhatə edir:
Qurum Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Eldar oğlu Həsənovun tabeliyində fəaliyyət göstərir və Mənzil-Kommunal Təsərrüfatı Birliyinə Hüseynov Vüsal Fazil oğlu rəhbərlik edir. 32gun.az-ın əldə etdiyi digər məlumata görə, Yasamal Rayon İcra Hakimiyyətinin Başçısının Aparatının Mənzil-Kommunal Təsərrüfatı Birliyinin dövlət büdcəsinə olan vergi borcu artıb və 2030039.05 AZN təşkil edir. Geri qayıt |