Əsas Səhifə > Manşet / Gündəm > Mərkəzi Klinikanın həkimindən Prezidentə ŞİKAYƏT...
Mərkəzi Klinikanın həkimindən Prezidentə ŞİKAYƏT...9-12-2025, 09:55 |
|
Siyəzən rayonu, M.V. Vidadi küçəsi, ev 45 ünvanında yaşayan Zeynalov Mabəddin Qabil oğlu tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlanıb. Bir nüsxəsi də "DİA-AZ"a daxil olan müraciətdə deyilir:
"Məlumat üçün yazıb bir daha diqqətinizə çatdırmaq istəyirəm ki, 2‐ci qrup müharibə əlili, atam Zeynalov Qabil Mabəddin oğlu yüksək şəkərli diabet xəstəliyi, hipertoniya və ürəyin işemik xəstəliyindən əziyyət çəkdiyinə görə, 18 aprel 2025‐ci il tarixdə səhhətinin pisləşməsi ilə əlaqədar olaraq, Siyəzən Rayon Mərkəzi Xəstəxanası'na müraciət etmişdir. Həkimlərin baxışından sonra, xəstəyə infarkt diaqnozu qoyulmuş, təcili yardımın köməyi ilə xəstə Bakı şəhəri, Mərkəzi Klinika'ya təxliyə edilmişdir. Mərkəzi Klinika'da kardiologiya şöbəsinin müdiri, həkim‐kardioloq kimi fəaliyyət göstərən Firdovsi İbrahimov, atam Qabil Zeynalovu müayinə etdikdən sonra, onda ürək damarının tutulması aşkar edilərək, onun ürəyinin damarına "angioplastika üsulu ilə stent yerləşdirildikdən sonra" 26 aprel 2025‐ci il tarixdə təkrar tibbi müayinədən keçməsini həm şifahi, həm də, atam Qabil Zeynalova ürək xəstəliyi ilə bağlı ilkin olaraq təyin etdiyi 19 aprel 2025‐ci il tarixli, 552,227,721 nömrəli müalicə reseptində yazılı formada bildirmişdir. 26 aprel 2025‐ci il tarixdə atam Qabil Zeynalov yaxın ailə üzvlərimiz və onların köməyi ilə Mərkəzi Klinika'ya Firdovsi həkimin baxışından keçməsi və növbəti müayinə gətirilsədə, lakin, Mərkəzi Klinika'da qeydiyyat şöbəsinə yaxınlaşan zaman, oradakı əməkdaşlar qanunsuz olaraq, pul köçürmələrini tələb edərək, əks halda xəstəyə baxmayacaqlarını bildirmişlər. Firdovsi həkimin köməkçiləri də eyni sözləri bildirərək xəstə yaxınlarından pul köçürmələrini tələb etmişdir. Nəzərinizə çatdırmaq istəyirəm ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi haqqında qanunda göstərilir ki, vətəndaş qeydiyyatda olduğu ərazi üzrə tibbi xidmətlərin göstərilməsi, bu mümkün olmadığı təqdirdə, vətəndaşa tibbi xidmətlərin göstərilməsi üçün aidiyyəti üzrə tibb müəssisəsinə göndəriş verilərək, həkim müayinəsindən keçə bilər. Həkim müalicəsindən sonra vətəndaş təkrarən tam ödənişsiz qaydada 45 (qırx beş) gün ərzində müalicə aldığı həkim tərəfindən müayinə oluna bilər. Burdanda açıq‐aydın görünür ki, Mərkəzi Klinika'nın qeydiyyat şöbəsinin əməkdaşları və Firdovsi həkimin köməkçiləri, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi haqqında qanunun bu tələbini kobud şəkildə pozmuşlar. Bununla bağlı xəstənin yaxınları Firdovsi həkimin otağına yaxınlaşaraq xəstənin 2‐ci qrup müharibə əlili olduğunu qeyd etsələrdə, ancaq əfsuslar olsun ki, Firdovsi həkim və köməkçiləri isə ölkə başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən müharibə əlillərinin daim diqqət mərkəzində saxlanılması və onların incidilməməsi haqqında tapşırıq və tövsiyyələrinə əməl etməyərək, atam Qabil Zeynalovu sovet dönəmində vuruşduğunu, onu müharibə əlili kimi tanımadıqlarını açıq şəkildə ifadə edərək, müharibə əlilləri arasında ayrı‐seçkiliy salmaqla bu kimi təxribatla da məşquldurlar. Buna dair biz də onların videogörüntüləri və səsyazıları mövcuddur. Lazım gələrsə həmin faktları aidiyyəti üzrə təqdim etməyə hazıram. Onu da bildirmək istəyirəm ki, əlacsız qalmaları səbəbindən Firdovsi həkimin və köməkçilərinin dedikləri ilə razılaşmaq məcburiyyətində qalan xəstə yaxınları, xəstənin ixtisaslı müayinə və müalicə olunması üçün Mərkəzi Klinika'ya ödənişlər etmişdir. Həmin ödənişlərə dair biz də qəbzlər də var. Ödənişləri etdikdən sonra, xəstəni kardioloq Firdovsi İbrahimovun qəbuluna keçirən zaman, xəstəxananın mühafizə xidməti yaxınlaşaraq, həkimin xəstəni qəbul etmək istəmədiyini bildirmişdir. Səbəb də o, olmuşdur ki, Firdovsi həkimin dediyinə görə guya ki, biz ondan yuxarı instansiyalara şikayətlər etmişik. Halbu ki, belə şey baş verməmişdir. Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq, hər bir vətəndaşın təklif, ərizə və şikayət etmək hüququ vardır. Nə mən, nədə ki, digər ailə üzvlərimizin Firdovsi İbrahimovun barəsində şikayətlər etmədiyini xəstənin yaxınları Firdovsi həkimin diqqətinə çatdırsalarda, amma bütün bunlara baxmayaraq, Firdovsi İbrahimov müxtəlif əsassız bəhanələr gətirməklə, 2‐ci qrup müharibə əlili, atam Qabil Zeynalova yardım göstərməkdən imtina edərək, onu bilərəkdən hikkəsi və inadkarlığı ilə qərəzli olaraq "əlil arabasında" əlacsız, köməksiz vəziyyətdə qoyaraq birbaşa ölümünə səbəb olmuşdur. Mən və demək olar ki, əksər ailə üzvlərimiz hadisə baş verən günü dərhal Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi'nin ‐ 9103, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ‐ 1542 və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi'nin ‐ 815 qaynar xətlərinə zəng edib məlumat bildirdikdən sonra, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məsələ ilə bağlı Mərkəzi Klinika'nın müvafiq şəxsləri ilə əlaqə yaratmağa çalışsada həkimlər danışmaqdan boyun qaçırmışlar. Əlavə olaraq bildirmək istəyirəm ki, mən bundan əvvəl də qeyd etdiyim məsələ ilə bağlı 26 aprel 2025‐ci il tarixdə, AR‐nın Səhiyyə Nazirliyi'nin ‐ 9103, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentiliyi ‐ 1542 və TƏBİB‐nin ‐ 815 qaynar xətlərinə zəng edib məlumat verməklə yanaşı, eyni zamanda Səhiyyə Naziri cənab Teymur Musayevin adına və müxtəlif dövlət orqanlarına şikayət ərizələri yazaraq, hər halda gələcək də, 2‐ci qrup müharibə əlili, atam Zeynalov Qabil Mabəddin oğlunun başına hər hansı bir xoşagəlməz hadisə gələrsə, ilk növbədə tələbimizin Firdovsi İbrahimovdan olacağını bildirmişdim. Lakin, Firdovsi İbrahimov ilə bağlı hüquqi ölçü götürülmədiyindən, atam Qabil Zeynalov həmin hadisənin səhəri gün yəni 27 aprel 2025‐ci il tarixdə dünyasını dəyişmək məcburiyyətində qaldı. Həmin 26 aprel 2025‐ci il tarixli müraciətimi də indi ki, ərizəmə əlavə edərək Sizə göndərirəm. Onu da diqqətinizə çatdırmaq istəyirəm ki, Mərkəzi Klinika'nın həkim‐kardioloqu Firdovsi İbrahimovun cinayət xarakterli əməlləri və ən əsası da bu barədə əlimdə olan yetərincə əsaslı sübutedici danılmaz faktların olmasına baxmayaraq, (video görüntülər, səs yazıları və digər əsaslı sübutedici sənədlər və s...) Səbail Rayon Prokuroru Natiq Əsədov tərəfindən 7 (Yeddi aydan) artıqdır ki, tədbirsiz və nəticəsiz qalaraq öz şəxsi marağı xatirinə açıq şəkildə ört‐basdır edilir.
Cənab Prezident ,
Odur ki, şikayət ərizəmdə göstərdiyim xüsusat və faktların öz nəzarətiniz altında kökündən, tam, hərtərəfli və obyektiv araşdırılaraq, Mərkəzi Klinika'nın kardiologiya şöbəsinin müdiri Firdovsi İbrahimovun 2‐ci qrup müharibə əlili, atam Zeynalov Qabil Mabəddin oğluna qarşı etmiş olduğu həkimə yaraşmayan, qanunsuz və cinayətxarakterli hərəkətlərinə obyektiv hüquqi qiymət verilərək, onun barəsində qanunamüvafiq təcili və təsirli tədbirlər görməyinizi bir daha Sizdən artıq dərəcə də xahiş edirəm..."
Geri qayıt |