Əsas Səhifə > Manşet / Gündəm > Salyanın başına belə oyun açırlar
Salyanın başına belə oyun açırlarBu gün, 07:03 |
|
Salyan şəhərinin mərkəzi küçələrində aparılan yarım-yapalaq asvaltlama işləri sosial şəbəkələrdə gülüş və qınaq hədəfinə çevirilib. "Bizimesr" bildirir ki, sözügedən fotofakt şəhərin mərkəzindəki Səməd Vurğun küçəsində çəkilib. "Salyan şəhərinin mərkəzi küçəsi S.Vurğun küçəsində anoluqu olmayan asvaltlama işi gedir 21-ci əsrdə anoluqu olmayan asvaltlama. Bu küçədə Vətən müharibəsi Şəhidinin valideyini yaşayır. Heç olmasa 200 metr olan küçə obşi asvaltlanardı" deyə qeyd olunub. Qeyd edək ki, Salyan şəhərinin İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilovdur. Rüstəm Xəlilov bu vəzifəyə 2024-cü ildə təyin olunub. Buna qədər isə Hacıqabul rayon icra başçısı olub. Görünür, Rüstəm Xəlilov hələ Salyan şəhərində ciddi işlər görmək gücündə və niyyətində deyil. Geri qayıt |