Əsas Səhifə > Manşet / Hadisə > Korrupsioner məmur yenidən direktor olacaq?
Korrupsioner məmur yenidən direktor olacaq?1-12-2025, 10:55 |
|
Dövlətə külli miqdarda ziyan vuran, haqqında bir neçə maddə ilə cinayət işi açılan və məhkəmə hökmü məhkum edilən Çərkəz Şirinovun “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi Aran Regional İdarəsi rəisi təyin olunacağı gözlənilir... Kənd Təsərrüfatı Nazirliyinin “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətində qalmaqallı təyinat gözlənilir. Poliqon-nun əldə etdiyi məlumata görə bir müddət öncə dövlətə külli miqdarda ziyan vuran və haqqında bir neçə maddə ilə cinayət işi açılan Çərkəz Şirinovun himayədarları vasitəsi ilə yenidən direktor vəzifəsiniə gətirildiyi bildirilir. Məlumata görə Çərkəz Şirinov direktor vəzifəsinə Kənd Təsərrüfatı Nazirliyinin Daxili nəzarət və audit şöbəsindəki vəzifəli şəxsin yardımı ilə təyin olunmaq üzrədir.
Məhkəmənin qərarı ilə Çərkəz Şirinov dövlətə ümumilikdə 157 min manat məbləğində maddi ziyan vurduğuna görə icbari islah cəzası ilə cəzalandırılıb. Maraqlı məqam isə odur ki, mənimsəməyə görə işçdən çıxarılan və haqqında cinayət işi açılıb, haqqında məhkəmə hökmü olan birisinin yenidən eyni vəzifəyə gətirilməsi isə Azərbaycanda reallığında görünməyən hadisələrdən biridir. Poliqon.info Geri qayıt |