Əsas Səhifə > Manşet / Siyasət > Məhsulun yarı qiymətini FAİZ KİMİ YÜKLƏYİRLƏR...

Məhsulun yarı qiymətini FAİZ KİMİ YÜKLƏYİRLƏR...


28-11-2025, 09:38

"Şikayətim yenə də "Music Gallery" mağazalar şəbəkəsinin "28 may"dakı filialındandır..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Əjdər Əsədov adlı istifadəçi gileylənir.

Narazı vətəndaş daha sonra belə bildirir: "Oğlum "Samsung s24" telefonu alıb. Heç bir məlumat vermədən əlavə xidmətlər yükləyib 1549 manatlıq telefonu kreditlə 2166 manata satıblar. Üstəlik ilkin ödəniş olunub 96 manat dəyərində...

 Dəfələrlə yazmağıma baxmayaraq "sorğunuz araşdırılır" deyirlər... amma ortada heç nə yoxdur.

Bu qədər də insafsızlıq olmaz axı..."


Geri qayıt