Əsas Səhifə > Manşet / Gündəm > Naxçıvanda məmurların zavalına gələn DUZ İSTEHSALI...

Naxçıvanda məmurların zavalına gələn DUZ İSTEHSALI...


28-11-2025, 09:20

Naxçıvanda duz istehsal edən kiçik müəssisələrin də fəalyyəti təhlükəsizlik səbəbindən dayandırılır. Bununla bağlı yerli Dövlət Şəhərsalma və Arxitektura Komitəsi hazırlıqlara başlayıb. Kəngərli rayonunda yerləşən, hazırda duz istehsalı ilə məşğul olan müəssisənin və yardımçı binaların texniki müayinəsini Fövqəladə Hallar Nazirliyi aparacaq.
Oktyabr ayından bəri, eyni səbəblə muxtar respublikanın ən böyük duz istehsalçısı "Naxçıvan Duz İstehsalı" MMC-nin fəaliyyəti dayandırılıb.
Əslində isə, duz istehsalının dayandırılmasının arxasında məmurlar arasında mədənlərə nəzarət uğrunda gedən mübarizənin səbəb olduğu bildirilir. "DİA-AZ" xatırladır ki, bu haqda geniş məlumat bu günlərdə yerli KİV-də də paylaşılmışdı.
"DİA-AZ" bildirir ki, Naxçıvanda duz istehsalının çökdürülməsi həm də yüzlərlə vətəndaşın işsiz qalması, yüzlərlə ailənin səfil durumuna salınması anlamına da gəlir. Hər halda, Naxçıvanda rəhbər kürsüsünə yeni əyləşən Cəlilov cənabları bu faktı ciddiyə və diqqətə almaq zorundadır...

Geri qayıt