Əsas Səhifə > Manşet / Gündəm > Fuad Nəcəfli Naxçıvanda yerli telekanalı ELƏ GÜNƏ QOYUB Kİ...
Fuad Nəcəfli Naxçıvanda yerli telekanalı ELƏ GÜNƏ QOYUB Kİ...24-11-2025, 01:36 |
|
"Naxçıvan Muxtar Respublikası 3 il müddətində elə idarə olunub ki, bəzən camaat avtoritarlığına görə xan adlandırdıqları Vasif Talıbovun dövrü üçün darıxırlar. Keçmiş səlahiyyətli nümayəndə Fuad Nəcəflinin yarıtmaz idarəçiliyi bütün sahələrə təsirini göstərib. Həmçinin televiziyaya və ümumilikədə media sektoruna da..." Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir. Məqalədə daha sonra deyilir: "100-ə yaxın yaşı olan Naxçıvan teleradiosu həmişə ənənəsi olan oturuşmuş bir kollektiv olub. Fuad Nəcəfli isə Naxçıvan Televiziyasının əməkdaşlarını heçə sayaraq, müxtəlif eksperimentlər keçirir, lazımi işləri görməyə-görməyə kanaldan özünün piarını tələb edir, hətta, efirə müsahib kimi çıxarılan rəhbər şəxslərə müdaxilə edir, gündəlik xəbər çəkilişləri isə onun tapşırığı ilə mətbuat katibi Günay Malikqızı tərəfindən səlahiyyətli nümayəndəlikdə yaradılan “Smart media tətbiqi”ndə onlayn icazə verildikdən sonra həyata keçirdi. Bu yolla televiziya və digər dövlət qurumları Günay Malikqızından, dolayı yolla, Fuad Nəcəflidən asılı hala salınır və qurumlara əlavə təsir mexanizmi formalaşdırılırdı. Bir neçə aydır ki, Naxçıvan televiziyasının əməkdaşları İlhamə Novruzovanın idarəçiliyinə qarşı etirazlarını səsləndirməyə başlayıb, yuxarı orqanlara dəfələrlə şikayət və müraciətlər ediblər. Şəxsi qərəz və intriqalar ustası olan Novruzovanın ucbatından əməkdaşların bir çoxu işdən çıxmaq məcburiyyətində qalıblar. İllərlə öz işlərini vicdanla yerinə yetirən əməkdaşlar indi bir nəfərin kaprizinə görə iş-güclərini atıb məcburən başqa sahələrdə qazanc yeri axtarırlar. Şikayətçilərin dediklərinə görə, bu adam hətta televiziyanın bufetində oturub əməkdaşların söhbətlərinə qulaq asır, onların danışığına müdaxilə edib dava-dalaş salır. İşçilərin geyimlərini müzakirə edir, öz mülahizəsinə görə, hərəyə bir ad, ləqəb qoyur, yerli kadrları təhqir edir. Hələ Xəbərlər Departamentinin rəhbəri olduğu vaxtlardan onun bu mərəzi işçiləri bezdiribmiş. Birinə əxlaqsız, birinə küçə qızı və s. təhqiramiz ifadələr deyir, hər gün dava-dalaş törədirmiş. Axırda əməkdaşların hamısı işdən çıxmaq ərizəsi ilə televiziyanın sabiq sədri Sahil Tahirlinin qəbuluna gediblər. O, işçilərin haqlı olduğunu aydınlaşdırdıqdan sonra, İlhamə Novruzovaya xəbərdarlq edib, onu üçumi idarəetmə və redksiyaların fəaliyyət məsələlərindən tamamilə uzaqlaşdırıb. İlhamə Novruzovanın işinin “naxış”ı isə Zəfər Günündə olub. Həmin gün 19:00 xəbər buraxılışında Türkiyə Xarici İşlər Nazirliyinin Azərbaycan xalqına təbriki oxunanda ekranda erməni əlifbası ilə yazılar verilib. Naxçıvan TV-nin altını üstünə çevirən, işin həyətində it-pişiklərinə ayırdığı vaxtı işə ayırsa, işçiləri gərginlikdə saxlamasa bəlkə də efirdə belə səhvlərə yol verilməzdi. Bu səhv rüsvayçılığın pik nöqtəsidir. İşçilər bildirirlər ki, dəfələrlə Fuad Nəcəflinin qəbuluna gedib maaşlarının aşağı olduğunu, hərdən güc-bəla ilə 5-10 manat artıq qonorar aldıqlarını, İlhamə Novruzovanın qeyri-adekvat davranışını demək istəyiblər. Lakin onları eşitmək belə istəyən olmayıb. Hətta əməkdaşlar Günay Nəzərova tərəfindən borclu da çıxarılıblar. Onun da iş üslubu İlhamə Novruzovadan heç də fərqlənmir. İlhamə Novruzovanı daim müdafiə etmısinin səbəblərindən biri də həyat yoldaşı Bəhruz Nəzərovun rəhbəri olduğu Naxçıvan Təlim Mərkəzində İlhamə xanımın “pulsuz” təlimlər vermşsidir. Yəni pərdəarxası işbirlikləri. Kanalın əməkdaşları deyirlər ki, tədbirlərə öz dost-tanışını yığıb bunu fəxrlə sosial şəbəkədə yazan, özünə İtaliyada dəbdəbəli ad günü keçirən, heç bir idarəçilik təcrübəsi olmayan adamdan kömək gözləmək sadəlövhlük olar. Bax belə, deməli, Naxçıvanın informasiya mühiti əsasən Fuad Nəcəflinin iki “qiymətli” kadrının ixtiyarında qalıb. Biz mövcud vəziyyəti yazıb bildirdik. Söz və əməl əlaqədar təşkilatların öhdəsinə düşür..." Geri qayıt |