Əsas Səhifə > Manşet / Sosial > Odlar Yurdu Universitetinin adı müasir olub, özü olmayan “elmi” məqalələri
Odlar Yurdu Universitetinin adı müasir olub, özü olmayan “elmi” məqalələriBu gün, 13:05 |
|
ARP yanında Ali Attestasiya Komissiyasının qəbul etdiyi elmi jurnallar arasında elələri var ki, heç jurnal adına sığışmayan fəaliyyətlə məşğuldurlar. Bu elmi jurnalların nəşr etdirdiyi elmiməqalələr məzmun və keyfiyyət baxımından olduqca yararsızdır. Axı bu tarixdir, indiki müasir dövrdə hər şey arxivlənir, elektron resurslara düşür və itmir. Biz gələcək nəsillərə belə elmi məqalələri tədqiqat adı ilə necə təqdim edəcəyik? Bu elm adına ancaq xalturadır. Odlar Yurdu Universitetinin məcmuəsinin məqalələri demək olar ki, heç bir elmi baxışdan və rəylərdən keçmir. Heç kəs məqaləni oxumur ki, bu nə yazıb nə çap edb? Hamı standart olaraq sözü bir yerə qoyubmuş kimi, ancaq statistika üzərində işləyir. Bu jurnal hansı xüsusiyyətlərinə və standartlarına görə AAK-ın siyahısına daxil edilib? Müəmmadır. AAK-ın siyahısında tarix və antroplogiya üzrə təqdim edilən elmi qeyd olunan 27 jurnaldan əksəriyyətinin elmi jurnal anlayışına ümumiyyətlə aidiyyətləri yoxdur. Bu zaman isə qəribə bir mənzərə yaranır. Axı ölkədə bütün jurnallar eyni səviyyədə deyil, yaxşıları da var? O zaman sual oluna bilər? Buna da elmi jurnal deyək, o birinə də? Axı bu zaman da kiminə zəhmətinə, əməyinə qiymət verməmiş oluruq, qurunun oduna yaşı da yandırırq. Odlar Yurdu Universitetinin elmi jurnalı əslində tarix və antroplogiya sahəsində bir dənə məqalə çap edə bilməz. Niyə? Niyəsi çox sadədir. Linsenziya hüququ tamamilə başqa elm sahəsinə verilib.
Beynəlxalq indeks qurumlarının jurnal redaksiyalarına birinci iradı bundan ibarətdir ki, aid olduğnuz sahə üzrə məqalə çap edə bilərsiniz. Bizdə isə buna heç fikir verən də yoxdur. Elmi jurnalın oxucusu elə onun müəllifi qədərdir. Azərbaycanda elmi jurnalların satışı yoxdur. Sizə deyim ki, qabaqcadan müəlliflərdən alınan pul müqabilində elə müəllif sayı qədər nəşr olunanları çoxdur.Jurnala da qabaqcadan pul vermək o deməkdir ki, nə yazıramsa, yazım çap ediləcək. Redaksiya da öncədən pul aldığına görə heç bir rəyləndirmə tələb etmir. Nəticə? Nəticədə belə bir mənzərə yaranır….
Bu tip məqalələr bu elmi jurnalda doludur. Bu elmi jurnal ümumiyyətlə dünyanın hansı indekslərində var? AAK bu jurnalı hazı meyarlarına görə siyahısına daxil edib və iddiaçılara tövsiyyə edir? Məqalələrin elmi səviyyəsi olduqca bərbaddır. Ədəbiyyat siyahısında aləm dəyib bir-birinə. Hansı sistem qəbul edilib, məlum deyil. Nəticə: Azərbaycan elminin gələcəyi üçün bu vəziyyət təhlükəlidir. Elmi standartlar pozulduqca və keyfiyyətə nəzarət zəiflədikcə, gənc tədqiqatçılar sağlam elmi mühit əvəzinə formal və məzmunsuz bir məkana sürüklənir. “Adı var, özü yox” prinsipi ilə fəaliyyət göstərən jurnallara nəzarətin olmaması elmin nüfuzunu zədələyir. Əgər bu proses dəyişməsə, biz gələcək nəsillərə sağlam elmi irs deyil, yalnız akademik deqradasiya miras qoymuş olacağıq. F.ü.f.d. Rahil Nəcəf - "Bizim Əsr" Geri qayıt |