|
Son günlərdə bir çox saytlar və sosial şəbəkələr SOCAR-da çalışan işçilərin əməkhaqlarının artırılması haqqında uydurma xəbər yaymaqdadır ki, bu da əslində əsəbləri onsuz da tarıma çəkilmiş sıravi neftçilər arasında əlavədən gərginliyə səbəb olub. "DİA-AZ" bildirir ki, bunu etirazlarla qarşılayan SOCAR işçiləri müraciətlərində bildirir:
"Heç bir rəsmi mənbəyə istinad etmədən (guya ki, əllərinə əmr gəlib çatıb) yalan məlumat tirajlayırlar. Kimlərsə 2023-cü ildəki məzuniyyət ( 1M -əmr şəkildə paylaşılıb) əmri üzərində 2019-cu ilin maaş artımı ( 2-ci şəkil) əmrinin sözlərini kopyalayıb (öz aləmlərində) yeni əmr düzəldiblər. Savadı, biliyi, anlayışı, araşdırma bacarığı və qabiliyyəti olmayan , özlərini jurnalist sayanlar da bu əmrə aldanıb... elə heyyyy paylaşıblar. Ay "zurnalistlər"!!. Əgər ki, maaş artımı olsaydı (özü də 30 %) SOCAR özünün rəsmi səhifəsi üzərindən və ya rəsmi saytdan paylaşım edərdi. Ümid edirik həqiqi maaş artımı əmrini tezliklə görəcəyik..."


Geri qayıt
|