Əsas Səhifə > Manşet / Üçüncü sektor / Güney Press > Naxçıvanın səhiyyə naziri haqda ŞOK: Baldızının iti üçün...
Naxçıvanın səhiyyə naziri haqda ŞOK: Baldızının iti üçün...Bu gün, 16:38 |
|
"Naxçıvan MR Səhiyyə naziri Samiq Sadıxovun şəxsi biznesi kimi idarə etdiyi bərbad halda olan səhiyyə sistemindən dəfələrlə mətbuatda gedən yazılara məhəl qoyulmamağın səbəbi hamıya məlumdur ki,onun ən yaxın havadarı, böyük qardaşım dediyi Fuad Nəcəfli,Azərbaycan hakimiyyətini aldatmaq istəyəndə cənab Prezidentimiz tərəfindən arzusu ürəyində qoyuldu..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında jurnalist Sima Babayeva qeyd edib.
O daha sonra əlavə edib: "Məşhur ikili olan Fuadla Samiq səhiyyədə aparmadığı maxinasiya qalmadı. Razılaşdırılmış tenderler ,pul qazanmaq üçün süni şəkildə artırılan ştatlar,özəl şirkətə satılmış səhiyyə obyektlərindən , ləğv edilmiş vacib tibb müəsissələrindən,bilərəkdən tibbi avadanlıqlar və cihazların sıradan çıxarılmasından tutmuş daha nələr- nələr.
Samiq Sadıxovu nazir kimi görmək arzusundan ötrü Naxçıvanda istənilən adamı məhv etməyə hazır olan Fuad Nəcəfli hətta iclaslardan birində bizim səhiyyə naziri işi ilə boş boğaz mətbuatı susdurur deməkdən belə çəkinmirdi.
İkili whatsapp idarəçilik sistemi və ya otaqda danışmayaq eşidəllər şəhər gəzintisi müzakirələrində sözləşərək istənilən kadrı şərləyərək incidib Naxçıvandan didərgin salmaq işində çox peşəkar idilər.
Arada vəsait üstündə yüngül çəkişmələri olsa da bir-birlərinə çox sədaqətli olan ikili cəmiyyət içində düşman kimi görünək sözləşməsi edəcək qədər yaxın idilər.
Yüngül çəkişməyə bir nümunə göstərmək lazım olsa Sadıxov Nəcəfliyə çatdırmaq əvəzinə direktorların hər birindən 10 000 manat vəsait toplayaraq özünə Bakı şəhərində yeni model avtomobil almasını göstərmək olar,özüdə eyni markadan 2 ədəd,evlərin isə sayı yox,hesabı yox.
Hətta baldızının iti üçün də eyni blokda 3 otaqlı ikinci evi alması tamamilə başqa mövzudur.Əlavə etmək olar ki,Sadıxovun toxunulmazlığın qorumaq üçün 3 ilə yaxın müddətdə səhiyyə nazirliyinə müavinlərin təyinatını da bloklamışdılar.
İndi yeni səlahiyyətli nümayəndə Ceyhun müəllim yəqin ki, bu proseslərdən xəbərdardır və xəstə cəmiyyət yaratmaq arzusunda olan səhiyyə sisteminin başında duran Sadıxova layiqli dərs verərək yetəri qədər əziyyətlər görmüş Naxçıvan əhalisini Samiq bəlasından qurtaracaqdır..."
Ardı var…
Geri qayıt |