Əsas Səhifə > Manşet / Ölkə > Naxçıvanda müəllim iki şagirdi boğazlarından bir-birinə bağlayıb İŞGƏNCƏ VERDİ...

Naxçıvanda müəllim iki şagirdi boğazlarından bir-birinə bağlayıb İŞGƏNCƏ VERDİ...


Bu gün, 10:52

Naxçıvanda müəllim iki şagirdi boyunlarından qayışla bir-birən bağlayıb, 15 dəqiqə bu vəziyyətədə qalmağa məcbur edib. Şagirdlərdən biri Türkiyə vətəndaşıdır. Hadisə Babək rayon Cəhri qəsəbəsi 1 nömrəli orta məktəbində baş verib. Bu haqda işgəncəyə məruz qalan şagirdlərdən biri Zəhra Fərəcovanın yaxınları məlumat veriblər.
Onların sözlərinə görə, işgəncə verən təsviri incəsənt müəllimi Etibar Quliyev olub və hadisə dərsi danışa bilməmək üstündə baş verib:
“Ayseli dərs danışmağa çıxarıb, o da biraz danışıb, gerisini yadından çıxarıb. Daha sonra Türkiyə vətəndaşı olan daha bir qız şagird də dərsi danışa bilməyib. Müəllim cəza olaraq, oğlan şagirdlərdən birinin qayışını açıb, bunları bir-birinə bağlayıb. Deyib ki, açsanız, sizi şillə-təpiyin altına salacağam. 15 dəqiqə şagirdlərin gözü önündə bu vəziyyətdə qalıblar. Evə gələndə gördük ki, boyun-boğazı qançır olub. Qayışın izləri açıq görünürdü.
Bu müəllim uşaqlarla həmişə pis rəftar edib. Şagirdləri döyür, söyüb təhqir edir, gözün üstə qaşın var deyən yoxdu. Özü deyir ki, məni Təhsil Nazirliyində adamım var, mənə heç kim heç nə edə bilməz”
Şagird yaxınları bildirirlər ki, hadisə ilə bağlı yerli Təhsil Nazirliyinə müraciət etsələr də, nəticə verməyib.
Adı çəkilən müəllim Etibar Quliyev isə „Gündəlik Naxçıvan“a hadisəni təkzib edərək, ona şər atıldığını bildirib.

Geri qayıt