Əsas Səhifə > Manşet / Siyasət > ""Sağlamlaşdırma" prosesi əvvəl və təcili olaraq şirkətin Baş Ofisində aparılmalıdır"

""Sağlamlaşdırma" prosesi əvvəl və təcili olaraq şirkətin Baş Ofisində aparılmalıdır"


Bu gün, 11:49

“SOCAR-da hərc-mərclik də var idi, qeyri-səmərəlilik də”. "DİA-AZ" xəbər verir ki, bunu bir neçə gün əvvəl iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Nazir qeyd edib ki, SOCAR-ın son 5 ildə xalis mənfəəti təxminən 2 dəfədən çox artıb. Msələnin bu tərəfi ayrı bir müzakirə mövzusudur. "DİA-AZ" qeyd edir ki, nazirin "SOCAR-da hərc-mərclik var idi" açıqlaması geniş müzakirəyə səbəb olub. Özünün sosial şəbəkə hesabında bu açıqlamaya reaksiya verən Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı "Hərc-mərcli ARDNŞ☝.." başlığı ilə artıq bir neçə İFŞA FAKTINI ictimailəşdirib.

"DİA-AZ" olaraq NHMT sədrinin bu qəbildən olan növbəti irad-açıqlamasını təqdim edirik:

"Xaric səslənirik biz, Səhv düşəndə yerimiz.(yeriniz)
Müsibət oluruq biz, Səhv düşəndə yerimiz.(yeriniz)
Cənab Mikayil Jabbarov əslində " hərc-mərclik" sözatması bu deyilmi?
Düşünürəm ki, "sağlamlaşdırma" prosesi əvvəl ,✅təcili olaraq şirkətin Baş Ofisində aparılmalıdır ☝,
SOCAR vitse prezidenti #ZibaMustafayeva, " SOCAR təşkilatı sağlamlaşdırma tədbirləri çərçivəsində Azneft İB-də aparılan və optimallaşdırma" adlandırdığınız "sağlamlaşdırma"siyasəti (60+ işçilərə psixoloji təyziqlər),insan hüquqlarının pozulması,həmin siyasətin insan sağlamlığına ciddi təsiri deyilmi?
-✅60+yaşına çatmış işçilərə psixoloji təsir etmək imtahan hədə qorxusu gəlmə, onları stress keçirtməyə məcbur etmək , onların sağlamlığına ciddi təsir etdiyini, və bunun məsulliyyətini dərk edirsinizmi?
Birdəfəlik müavinətin ödənilməsi qaydaları
1. SOCAR-da çalışdığı sonuncu fasiləsiz əmək stajına əsasən müəyyənləşdirilən birdəfəlik müavinət əmsalları
-6 ilədək Orta aylıq əmək haqqının 7.5 misli-
-6 ildən 12 ilədək Orta aylıq əmək haqqının 8 misli
-12 ildən 18 ilədək Orta aylıq əmək haqqının 8.5 misli
--18 ildən 24 ilədək Orta aylıq əmək haqqının 9 misli
-24 ildən 30 ilədək Orta aylıq əmək haqqının 10 misli
-30 ildən 36 ilədək Orta aylıq əmək haqqının 11 misli
-36 ildən çox Orta aylıq əmək haqqının 12 misli
2. Birdəfəlik müavinət ödənilməsi nəzərdə tutulmayan əməkdaşlar
Son performans dəyərləndirmə prosesi nəticəsində performans göstəricisi “maksimal” nəticə əldə etmiş işçilər
-Təqaüd yaşı tamamlanmış və ya Proqramın həyata keçirildiyi dövrdə təqaüd yaşı tamamlanacaq işçilər
3.Performans əsaslı mükafatlandırma barədə
Birdəfəlik müavinəti 2025-ci ildə ödəniləcək əməkdaşlara 2024-cü ilin performans əsaslı mükafat (müvafiq ödənişi almaq hüququ olduqda) məbləğini işçi ilə son haqq-hesab tarixində
-Birdəfəlik müavinəti 2026-ci ildə ödəniləcək əməkdaşlara 2025-ci ilin performans əsaslı mükafat (müvafiq ödənişi almaq hüququ olduqda) məbləğinin rəsmi ödəniləcəyi tarixdə verilməsi✅..."


Geri qayıt