|
13 ay ərzində – 2021-ci ilin 26 aprelindən 2022-ci ilin 27 mayına kimi ümumilikdə 13 milyon 54 min 310 manat 23 qəpik dəyərində 33 tender müsabiqəsinin qalibi olan “MSDIS Holding” MMC-nin dövlət büdcəsinə 18 milyon 129 min 820 manat 72 qəpik vergi borcu var. Yeniavaz.com xəbər verir ki, “MSDIS Holding” MMC 10 iyun 2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 500 manat olan MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Xətai pr., ev 34-də yerləşir. MMC-nin qanuni təmsilçisi Nağıyev Mirfəyyaz Oktay oğludur. Onu da bildirək ki, Nağıyev Mirfəyyaz Oktay oğlu 24 sentyabr 2018-ci ildə qeydiyyata alınan “MS Group Holding” MMC, “MS Group Consulting” MMC və “Enerjiquraşdırma-M” MMC-nin də qanuni təmsilçisi olub. Qeyd edək ki, dövlət büdcəsinə 18 milyon manat vergi borcu olan “MSDIS Holding” MMC aşağıdakı dövlət qurumlarının keçirdiyi tender müsabiqələrində qalib olub: Beyləqan Suvarma Sistemləri İdarəsi – 179.599,54 AZN; Xocavənd Rayonu Kommunal Müəssisələri Kombinatı – 94.744,82 AZN; Xocavənd Rayonu Kommunal Müəssisələri Kombinatı – 46.055,64 AZN; Azərbaycan Meliorasiya Və Su Təsərrüfatı ASC Samur-Abşeron Kanalının İstismarı İdarəsi – 138.057,55 AZN; Ağsu Suvarma Sistemləri İdarəsi – 248.252,65 AZN; Oğuz Suvarma Sistemləri İdarəsi – 135.180,80 AZN; Mil-Muğan Hidroqovşağı İstismarı İdarəsi – 199.023,52 AZN; İsmayıllı Suvarma Sistemləri İdarəsi MMC – 64.933,81 AZN; Azərbaycan Meliorasiya Və Su Təsərrüfatı ASC Samur-Abşeron Kanalının İstismarı İdarəsi – 178.093,51 AZN; Quba Suvarma Sistemləri İdarəsi – 222.608,65 AZN; Azərpambıq Aqrar Sənaye Kompleksi MMC – 282.502,62 AZN; Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Xırdalan Şəhəri Üzrə Nümayəndəliyi – 59.917,98 AZN; Zaqatala Rayonu İcra Hakimiyyəti – 55.861,59 AZN; Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Xırdalan Şəhəri Üzrə Nümayəndəliyi – 1.126.797,43 AZN; Qobustan Rayon İcra Hakimiyyəti Başçısının Qobustan Şəhəri Üzrə İcra Nümayəndəliyi – 278.851,23 AZN; Şəki Şəhər İcra Hakimiyyəti – 708.293,35 AZN; Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Xırdalan Şəhəri Üzrə Nümayəndəliyi – 137.521,11 AZN; Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Corat Qəsəbə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi – 61.642,85 AZN; Gədəbəy Rayon İcra Hakimiyyəti – 693.320,54 AZN; Abşeron Rayon İcra Hakimiyyəti – 164.995,44 AZN; Qəbələ Rayon İcra Hakimiyyəti Qəbələ Şəhər İnzibati Ərazi Nümayəndəliyi – 355.982,16 AZN; Abşeron Rayon İcra Hakimiyyəti – 130.127,45 AZN; Sumqayıt Şəhər İcra Hakimiyyəti Yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi – 787.700,17 AZN; Sumqayıt Şəhər İcra Hakimiyyəti – 1.037.999,98 AZN; Sumqayıt Şəhər İcra Hakimiyyəti Yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsal Birliyi – 293.230 AZN; Qəbələ Rayon İcra Hakimiyyəti Qəbələ Şəhər İnzibati Ərazi Nümayəndəliyi – 164.127,9 AZN; Siyəzən Rayonu İcra Hakimiyyəti Başçısının Siyəzən Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi – 442.448,08 AZN; Sumqayıt Şəhər İcra Hakimiyyəti – 447.134,57 AZN; Zaqatala Rayonu İcra Hakimiyyəti – 542.113,48 AZN; Sumqayıt Şəhər İcra Hakimiyyəti Yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi – 2.020.503,68 AZN; Sumqayıt Şəhər İcra Hakimiyyəti – 277.715,67 AZN; Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Xırdalan Şəhəri Üzrə Nümayəndəliyi – 1.362.482,86 AZN; Azərişıq ASC – 116.489,6 AZN.
Geri qayıt
|