Əsas Səhifə > Manşet / Hadisə > Burda müştəri məmnuniyyəti: SIFIR!
Burda müştəri məmnuniyyəti: SIFIR!Bu gün, 07:34 |
|
" "Baku Electronics"dən şikayətim var..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Ayşən Qarayeva adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "Bir gün öncə hədiyyə fen almışıq amma fenin düymələri funksiyasına uyğun işləmir. Daraq sağa və sola getməlidir amma reaksiya yoxdur. Məhsulu geri qaytarmaq üçün bu gün aparmışıq amma imtina edib, servisə yönləndirirlər. Məhsulu istifadə üçün açıb, işləmədiyini başa düşüb geri aparmışıqsa niyə servis araşdırılmasını gözləməliyik? Səbəb göstərirlərki gigiyenik məhsuldur qaytara bilmərik amma satış zamanı gətirib dəyişə bilərsiniz deyiblər. İşləməyən məhsulu servisə göndərib hansısa formada düzəldib müştəriyə ‘sırımağa’ utanmırlar..."
Geri qayıt |