Əsas Səhifə > Manşet / Cəmiyyət > İşdən çıxardıqları AZMIŞ KİMİ...

İşdən çıxardıqları AZMIŞ KİMİ...


Bu gün, 11:06

Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı növbəti dəfə SOCAR əməkdaşlarının üz-üzə qaldıqları problemi ictimailəşdirərək, əlaəqdar qurum və şəxslərdən hesabat və tədbir görülməsini tələb edib. "DİA-AZ"ın məlumatına görə, bu dəfə NHMT sədri SOCAR "Azəriqaz" İstehsalat Birliyində işindən atılmış Ruslan Kazımovun müraciətini təqdim edib. Müraciətdə deyilir:

"SOCAR Azəriqaz İB Lənkəran Regiona Qaz İstismarı İdarəsində Qaz təsərüfatı üzrə nəzarətçi vəzifəsində işləyirdim. Mənim müqaviləmə xitam verildi. Bu gün 07.10.2025 ci il tarixi olmasına baxmayaraq hələ də Lənkəran RQİİ-nin 7 rayon üzrə çalışan xidmət sahəsi işçilərinin əmək haqları ödənilməyib və mənim əmək müqaviləmə xitam verilməsinə baxmayaraq mənə qanunvericilikdə nəzərdə tutulan əmək haqqının 5 misli qədər və mənə verilən 4 iş həftəsinin 1.5 misli qədər müavinət hələ də ödənilməyib".

Geri qayıt