Əsas Səhifə > Manşet / Hadisə > Dəmir yollarında ayaqlar altına atılan AZƏRBAYCAN QANUNLARI...
Dəmir yollarında ayaqlar altına atılan AZƏRBAYCAN QANUNLARI...5-11-2025, 09:44 |
|
Məqalədə daha sonra bildirilir: "Əvvəla attestasiya komisiyasının sədri yalnız attestasiya bitdikdən sonra protoklu imzalaya bilər. Attestasiyadan öncə isə bildiriş əmri verən işəgötürən tərəfindən imzalanmalıdır. Lakin keçirilən attestasiyada ciddi qanun pozuntuları olduğunu nəzərə alaraq, əmri verən xidmətin rəisi Qəzənfər Abduləzimov öz adının saxta bildirişdə hallanmasını istəməyib. İkincisi, bildirişlər 20, 30, 40 il iş təcrübəsi olan işçilərə təqdim olunub, bu isə Əmək Məcəlləsinin 66-cı maddəsinin və Nazirlər Kabinetinin 23.05 .2001-ci il tarixli, 97 saylı qərarınn pozulması deməkdir. Belə ki, ƏM 66-cı maddəsinə əsasən eyni vəzifədə (peşədə) azı üç dəfə attestasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş işçilər attestasiyadan keçirilə bilməz. Attestasiya hər 3 ildən bir keçirildiyini nəzərə alaraq bu işçilər 3 yox, 15 dəfə attestasiyadan keçiblər. Elə isə hansı qanuna istinadən bu işçilər attestasiyadan keçirilirlər?! Xidmət rəhbərliyi bilməlidir ki, heç bir əmr qanundan üstün ola bilməz. Heç bir qanuna sığmayan, bu qeyri-qanuni attestasiyadan işçilərin imtina etmək hüququ var. Hətta işarəvermə və rabitə xidmətinin rəisi Qəzənfər Abduləzimov işçiləri attestasiya ilə hədələməkdən belə çəkinməyib, “attestasiyada mən özüm oturacam, sualları özüm verəcəm. Kim cavab verə bilməsə onları işdən çıxaracam” deyə bildirir. Görünür bu adamın, ölkənin əmək qanunvericiliyindən xəbəri yoxdur, və yaxud xəbəri var, lakin hər zamanki kimi qanunları atıblar ayaq altına. Çünki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsinə əsasən işəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. ADY-nın İnfrastruktur Departamentinin işarəvermə və rabitə xidmətinə son illər yüksək vəzifələrə sahə üzrə peşəkar təcrübəsi olmayan şəxslər gətirilib. Görəsən, bu insanları kim və nə vaxt imtahan edəcək? Əsl attestasiyadan keçirilməli işçilər, heç bir işə qəbul imtahanında iştirak etmədən, nəyinsə müqabilində 3 il öncə işə qəbul edilmiş Qəzənfər Abduləzimovun yaxın adamlarıdır. Məsələn, Coşqun Rüstəmli, Siyavuş Aslanov, Samir Məmmədov və s. Geri qayıt |