Əsas Səhifə > Manşet / Gündəm > Xızının icra başçısı YADDAN ÇIXIB QALIB...
Xızının icra başçısı YADDAN ÇIXIB QALIB...3-11-2025, 06:56 |
|
Jurnalist yazır: "Xızı Rayon İcra hakimiyyətinin başçısı Xəzər Aslanov... "Unudulan başçı"...
Aslanov Xəzər Qəşəm oğlu, 06 iyun 1970-ci ildə Bakı şəhərində anadan olmuşdur. Əmək fəaliyyətinə 04.09.1987-ci ildə Xırdalan Südçülük savxozunda fəhlə kimi başlamış və 16.02.1988-ci il tarixə kimi həmin müəssisədə çalışmışdır. 16.02.1988-ci ildən 31.10.1988-ci ilədək Bakı şəhər Məhkəməsində katib işləmiş, 13.11.1988-ci ildən 30.11.1990-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur.
25.12.1990-cı ildən 14.02.1992-ci ilədək “İRS” kooperativində Beynəlxalq Əlaqələr şöbəsinin inspektoru, 14.02.1992-03.08.1992-ci illərdə “Fədai” kooperativinin sədri, 03.08.1992-ci ildən 31.01.1994-cü ilədək “Aslan R.Q” k/m-da kommersiya direktoru, 01.02.1994-cü il tarixdən 22.11.1994-cü ilədək “ER-COMPANY LTD”-də mütəxəssis, 30.11.1994-cü ildən 17.04.2002-ci ilədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində əməliyyatçı, 25.07.2002-ci ildən 21.01.2003-cü ilədək “European-Tabacco-Baku” ASC-da Marketinq şöbəsinin baş əlaqələndiricisi, 13.08.2003-ci ildən 07.06.2005-ci ilədək “European-Tabacco-Baku” ASC-da Marketinq şöbəsinin baş əlaqələndiricisi, 25.06.2005-ci ildən 17.04.2006-cı ilədək Xanlar Rayon İcra Hakimiyyəti Başçısının sosial-iqtisadi məsələlər üzrə müavini, 17.04.2006-cı ildən 10.10.2006-cı ilədək Xanlar rayon İcra Hakimiyyəti Başçısının birinci müavini vəzifəsində, 10.10.2006-cı ildən isə 10.04.2012-ci ilədək Yardımlı rayon İcra Hakimiyyəti Başçısı vəzifəsində işləmişdir.
Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2012-ci il tarixli, 2138 saylı Sərəncamı ilə Xızı rayon İcra Hakimiyyəti Başçısı vəzifəsinə təyin edilmişdir..."
Qeyd edək ki, F.Paşayevin bu paylaşımı maraqlı şərhlərlə müşaiyət olunub.
Jurnalist Ləman Əliəşrəfqızı yazır: "Xımır-xımır yeyir də özü üçün. Mövcudluğundan heç kimin xəbəri yoxdur. Əsas məsələ gözə girmir. Beləcə, eninə-uzununa artır..."
Tanınmış yazar Firuz Mustafa isə belə qeyd edir: "Deyəsən, bunun ali təhsili yoxdur. Atası Qələm Aslanovu tanıyırdım. Jurnalist idi. Sonralar bir neçə rayonda raykom katibi işlədi. Avtoqəzada öldü..."
Ayan Qafqaz adlı sosial şəbəkə istifadəçisi isə belə yazır: "Allah sizdən milyon dəfə razı olsun.
Boooy, bu kişi lap yaddan çıxıb. Bir müraciət etmişdim, cavab gəlmişdi ki, 2023-cü ildə həllini tapacaq. O gün-bu gün gözləyirəm. Bu arada... Xızıda görəsən, 2023-cü il bitməyib hələ? Deyilənə görə, 2025-ci ilin bitməsinə bir ay yarım qalır, 2026-cı ilə keçirik axı... Fərdi məsələ deyildi, aşağısı bir 100 nəfərin müraciəti idi. Deyirəm, qar yağsaydı, Xızı dağları da təmizlənərdi..." Geri qayıt |