Əsas Səhifə > Manşet / Hadisə > Şərurda məktəbdə baş verənləri DTX araşdırır...

Şərurda məktəbdə baş verənləri DTX araşdırır...


31-10-2025, 10:50

Şərur rayon Muğancıq kənd orta məktəbinin mətbuat vasitəsi ilə yerli Təhsil Nazirliyindən şikayət edən müəllim kollektivin DTX əməkdaşları tərəfindən dindirilib. Bu haqda „Gündəli Naxçıvan“a müəllimlər məlumat veriblər.
Müəllimlərin sözlərinə görə, onları dindirən əməkdaşlar məsələnin həll olunacağına söz veriblər:
„Dedilər ki, mətbuata çıxmadan öncə bizə məlumat verməliydiniz. Halbuki, bizim şikayət etdiyimiz yer qalmamışıd. Hamını dindirib, izahatların alıb, getdilər. İzahatımızda mətbuata danışdıqlarımızı təkrarladıq. Dedilər ki, səbrli olun, məsələ araşdırılıb, həll olunacaq.“
Ötən həftə adı çəkilən məktəbin bir qrup müəllimi „Gündəlik Naxçıvan“ vasitəsi ilə ictimaiyyətə video müraciət ünvanlamışdılar. Onlar, Naxçıvan Təhsil Nazirliyinin korrupsiya və digər əməllərə görə iki il öncə işdən qovulan Sünduz Cəfərovanı yenidən direktor təyin etməsinə etiraz kütləvi şəkildə edirdilər. Onlar köhnə direktorlarının yenidən vəzifə başına keçməsinə imkan verməyəcəklərini bildiriblər.
Sünduz Cəfərovanın adı müəllimlərin adına maaş yazıb mənimsəməkdə, müəllim və şagirlərə qarşı psixoloji təzyiqdə, rüşvət və digər əməllərdə hallanır.

Geri qayıt