Əsas Səhifə > Manşet / Hadisə > Əhməd Vəliyev hardan gəlib... HARA GEDİR?..
Əhməd Vəliyev hardan gəlib... HARA GEDİR?..Bu gün, 10:08 |
|
"Əhməd Vəliyevlə Akif Muradverdiyev birgə qurduqları təhsil ocağına test üsulu ilə qəbulla yanaşı əsasən, Gürcüstanda adı olub, özü olmayan universitetlərdən guya köçürmə yolu ilə külli miqdarda pul qarşılığında TQDK-dan keçməyən tələbələr yığmağa başladılar..." "DİA-AZ" xəbər verir ki, bunu öz sosial şəbəkə hesabında jurnalist Sima Babayeva yazıb.
O daha sonra bunları əlavə edib: "Özündən sonra övladı deputat olanlardan biri də Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevdir. İki çağırış millət vəkili olmuş Əhməd Vəliyevin parlamentdə yolunu indi oğlu Samir Vəliyev davam etdirir. O, həm də hazırda ailələrinə məxsus ali məktəbin faktiki rəhbəri hesab edilir.
Əhməd müəllim bəzi müsahibələrində təhsil müəssisəsinə çəkinmədən “dünya miqyaslı universitet” deyir. Görəsən Odlar Yurdu Universiteti hansı nailiyyətinə görə “dünya miqyaslı” sayılır?
İmtahan prosesini bazar qaydaları ilə apardığına görəmi?
Universitetdə təhsil alan tələbələrin narazılığı günü gündən artır. Cənab deputatın idarəçiliyi sayəsində semestrdə dördrəqəmli qiymətlər dövr edir. “Örtülü bazar dostluğu pozar” prinsipini rəhbər tutaraq açıq-aşkar alver gedir.
Odlar Yurdu Universitetinin necə yaradılması heç kimə sirr deyil. Bir zamanlar bu universitet əsasən Gürcüstanda kağız üzərində mövcud olan ali təhsil müəssisələrinin “tələbə”lərinin transferi ilə məşğul olurdu.
Əhməd Vəliyevin bu günə kimi kimlərin dəstəyindən istifadə edərək fəaliyyət göstərməsi də bəllidir. Bu universitetin adı Prezident Aparatının sabiq işlər müdiri, Akif Muradverdiyev adı ilə bağlı olub.
2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilərək sonradan iqtisadi cinayətlərə görə 6 il azadlıqdan məhrum olunan Akif Muradverdiyev 2013-ci ildə də həbs edilərək 4 il türmə həyatı sürüb.
Akif Muradverdiyevdən əli üzülən Əhməd Vəliyev sonra keçmiş Milli Təhlükəsizlik Nazirliyinin rəhbəri Eldar Mahmudovun himayəsinə sığınır. Hətta atası Əhməd Mahmudova universitetin girişində kiçik büst qoydurur, adına təqaüd təsis etdirir. İndi o büst də, təqaüd də yoxa çıxıb.
Yəqin bəzi oxucular xatırlayar, keçən əsrin 90-cı illərdə “San-Marino” və “Diplomatiya” universitetləri var idi. Saxta diplom alverinin aparıldığı bu təhsil obyektlərinin arxasında da Əhməd Vəliyev dururdu.
Əhməd müəllim indi ahıllaşıb deyə yəqin əvvəlki enerji ilə işləyə bilmir. İndi estafet oğlu Samir Vəliyevdədir. O da ailə biznesini “uğur”la idarə edir.
Onun da işlərini deyilənlərə görə Vəliyevlərin “qara kassa”sı kimi tanınan, Odlar Yurdu Uuniversitetimin Aparat rəhbəri Heydər Qəmbərov aparır.
Hansı imtahana kimin nə verəcəyi, diplomun neçəyə yazılacağı kimi “elmi” məsələlər məhz onun səlahiyyətinə daxildir.
Rektorun köməkçisi Füzuli Həsənov isə ali məktəbdən kənar işlərdə də öz rəhbərinə kömək edir. Beləki o, Əhməd müəllimin həyat yoldaşına aid olan Oksigen Klinikasının qanuni təmsiçisidir.
Artıq fəaliyyətini dayandırmış Muğanbank da Əhməd Vəliyevin varidatı siyahısına daxil idi..."
Geri qayıt |