Əsas Səhifə > Manşet / Sosial > Qazinin 3100 manatlıq borcunu silməyən “Bank of Baku” məhkəmə iclaslarına GƏLMİR

Qazinin 3100 manatlıq borcunu silməyən “Bank of Baku” məhkəmə iclaslarına GƏLMİR


Bu gün, 09:39

İki il öncə dəm qazından dünyasını dəyişən 44 günlük Vətən Müharibəsi qazisi Səbuhi Məmmədovun ailəsini kredit borcuna görə məhkəməyə verən “Bank of Baku” növbəti dəfə məhkəməyə gəlməyib.

Bizim.Media-ya bununla bağlı S.Məmmədovun qohumları məlumat verib.


Məlumata görə, növbəti məhkəmə oktyabrın 27-nə təyin edilsə də, bank təmsilçiləri prosesdə iştirak etməyib.

Qazinin anası Sevinc Məmmədova isə saytlmıza açıqlamasında bildirib ki, bankın atdığı bu addım süründürməçilikdən başqa bir şey deyil:

“Bank əvvəlcə mənə borcun silindiyini dedi, daha sonra hər aya 100 manat bölüb ödəməyimi istədi, digər təkliflərində isə 3100 manatın yarısını ödəyə biləcəyimi söylədilər. Son məhkəmə iclasına isə gəlmədilər”.


Hakimin qərarı ilə növbəti məhkəmə növbəti ayın 17-nə keçirilib.

Qeyd edək ki, ilk məhkəmə sentyabrın 1-də, ikinci məhkəmə sentyabrın 22-də, üçüncü məhkəmə oktyabrın 13-də, ən son məhkəmə isə oktyabrın 27-də Şirvan Şəhər Məhkəməsində olub.


Geri qayıt