Əsas Səhifə > Manşet / Güney Press > Qarabağ qazisinin kassasiya hüququna qeyri-prosessual qadağa qoyulub

Qarabağ qazisinin kassasiya hüququna qeyri-prosessual qadağa qoyulub


Bu gün, 17:40

Apellyasiya Məhkəməsinin məhkəmə müdafiəsi, hüquqi yardımdan imtina ilə kassasiya hüququna qadağası əsas insan və vətəndaş hüquqlarından olan məhkəmə təminatı hüququnun ləğvi ilə sonuclanır

Bu iddia jurnalist Məğrur Bədəlsoyun Yenixeber.org-a ünvanladığı yazıda yer alır...

Konstitusiyanın 60, 61-ci maddələri hər kəsin inzibati qaydada və məhkəmədə müdafiəsinə; yüksək keyfiyyətli , qanunla nəzərdə tutulmuş hallarda ÖDƏNİŞSİZ, DÖVLƏT HESABINA hüquqi yardım almaq hüququna təminat verir. 71-ci maddə bu Konstitusiyanın heç bir müddəasının insan və vətəndaş hüquq və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməzliyini, hüquqların pozulması ilə bağlı mübahisələri məhkəmələrin həll etdiyini doğrulayır. Bu, ölkənin ən yüksək hüquqi qüvvəsi olan yazılı qanunudur, gerçəkdə məhkəmələr qanunu da, şərəf və ləyaqət hissini də tamahlarına, qərəzlərinə, kənardan sifarişə qurban verirlər. Özəlliklə, Bakı Apellyasiya Məhkəməsinin məhkəmə müdafiəsi, hüquqi yardımdan imtina ilə kassasiya hüququna qadağası əsas insan və vətəndaş hüquqlarından olan məhkəmə təminatı hüququnun ləğvi ilə sonuclanır. Başımıza son iki-üç ildə gətirilənlərdən qəttəzə üçünün “başmaq seyrinə çıxaq”.

Nərimanov məhkəməsinin (h. Ramin Quliyev) Bakı mobil operatorunun 1-ci dərəcəli Qarabağ əlili ailəsinin 4 ikitərəfli bağlı nömrəsiniözbaşına xidmətə qoşub, eyni gündə toplam 100 manatı silməsinə haqq qazandıran qətnaməsundən apellyasiya şikayəti “TƏSADÜFİ QƏRƏZLƏ” qazini yatağında məhkəməyə ərizə verdiyinə görə 400 manat cərimə edən Vahid Sadıqov, Xumar Mərdanova, Sabit Bəhrəmzadə üçlüyünə verilib. Anında tərkibə etiraz(lar) kabinetdən təqdim olunub və etirazın bir əsası da Vahid Sadıqovunbir il qabaq eyni işdə mobil operatorun vəkili rolunda çıxış etməsi göstərilib. Keçən il iddiaçı qazinin etirazına DAYANGÖRƏK”lə cavab verən Vahid Sadıqov bu il VAHİD məhkəmə rüşvəti təcrübəsinə SADİQLİK göstərərək etirazı yekun aktdan sonra (?) baxılmamış saxlayıb. (4958/25 saylı iş) Kassasiya şikayəti vermək üçün dövlət hesabına vəkillə təminat haqqında ərizəni isə iddianın qiymətini və predmetini dəyişərək (?-iddianın predmetini də, qiymətini də iddiaçı müəyyən edir- M.B.)kassasiya şikayətinin yolverilməzliyi aktı ilə cavablandırıb. Vahid Sadıqovun VAHİD məhkəmə (rüşvəti) təcrübəsinə SADİQliyi istehlakçı hüququnun müdafiəsi” predmetli işləri “əmlak (?) mübahisəsi” predmetinə özbaşına transfer edib, kassasiya hüququna qadağa qoymağında formalaşdırılıb. Bəyəm istehlakçı hüququ əmlak davasıdır? Xidmətdən imtina, nömrələrin balansının yeyilməsi əmlak xarakterlidir? Məhkəmə Hüquq Şurası bir ildir bu VAHİD məhkəmə rüşvəti təcrübəsinə SADİQliyə son qoymaq istəmir.

Nizami məhkəməsinin (h. Qumru Əliyeva) eyni cavabdehə qarşı iddiası üzrə qətnaməsindən şikayət Bakı AM-in Leyla Əliyevanı çıxmaqla 2 il qabaqkı eyni qərəz heyətinə - Fərrux Qasımov, Günay Axundova, Leyla Əliyevaverilib və təbii ki, məhkəmə (rüşvəti) təcrübəsinin VAHİDLİYİ qüvvəyəminib.(4544/25 saylı iş) Bu heyət də kassasiya şikayəti vermək üçün dövlət hesabına vəkildən imtina edib ki, 5 qabırğasını düşmən mərmisinin apardığı, xaricdə müalicəyə ehtiyacı olan, 11 nəfərlik ailəsinin kirayələrdə qaldığı 1-ci dərəcəli Qarabağ qazisinin “elektron sistemdəki saxta gəlir bəyannaməsivəkilin göstərmədiyi xidmətin haqqını ödəməyə çatar.Vahid məhkəmə (rüşvəti) təcrübəsinə sadiqlik bu işdə də 2 il əvvəl olduğu kimi təkrarlanıb. Sadəcə, 2 il qabaq 3 hakim (Günay Axundova, Fuad Babayev, Cəmilə Musayeva) işə, tərkibə daxil olmayan 3 hakim ( Fuad Abdıyev, Anar Tanrıverdiyev, Fərrux Qasımov) vəkillə təminat barədə ərizəyə olmaqla 6 hakimdən ibarət 2 heyət baxmışdısa, bu yol vəkillə təminatla bağlı ərizəyə Leyla Əliyevanı İK-nın ünlü qərəz hakimi Pərviz Hüseynov əvəz edən heyət baxıb. MHŞ hələ də bu qeyri-prosessuallığa qiymət vermədiyindən vahid məhkəmə rüşvəti təcrübəsi hələ də sürür.

Bakı AM-in MK-sının ( s/e Rafael Eyvazov, Cəmilə Musayeva, Fuad Babayev) 4309/25 saylı işdə , 8 ay qabaqkı 1632/25 saylı işdə olduğu kimi dövlət hesabına vəkildən imtina etməklə kassasiya hüququna qadağası qüvvəyə minib. Məhkəmə tərkibinə etiraza da , şikayətin dəlillərinə də baxılmayıb. Ali Məhkəmə Plenumunun formalaşdırdığı məhkəmə təcrübəsinin vahidliyi prinsipi rüşvət təcrübəsinə sadiqliklə əvəzlənib, Nəsimi məhkəməsinin (h. Vüsalə Musayeva) müşavirə otağının sirrini pozmasına, müşavirə otağından bildiriş göndərib, yeni tarixli iclas təyin etməsinə (??), hələ də otaqdan çıxmaması qeyri prosessuallığına qiymət verilməyib. Bakı AM-in MK-sının sədri Rafael Eyvazov bilmir ki, müşavirə otağına akt çıxarmaq üçün gedilir, otaqdan yeni tarixli iclas təyin edilməsi (?) qeyri-prosessual bazarlıq qaydasıdır? Hardan bilsin, özünə verilən və özünün verdiyi qərəz sifarişi ilə 1-ci dərəcəli Qarabağ qazisi yatağında toplam 800 manat cərimə edilib, şikayət verəcəyi halda yenidən cərimə olunacağı aktlaşdırılıb, bütün işlər “TƏSADÜFƏN” öz qərəz (hakimlərinin) icraatına götürülüb, vəkildən “gəlir bəyannaməsi” saxtalığı ilə imtina edilir, bu yuxarı qərəz məhkəməsindən ƏDAVƏTDƏN, QƏRƏZDƏN özgə nəsə gözləməyə dəyər? Əlbəttə ritorik sualdır.

Sonda onu vurğulayaq ki, hər 3 birinci instansiya ərizə verildi-verilmədi, dövlət hesabına vəkillə təminatı gerçəkləşdirib. Yüksək keyfiyyətə gəldikdə Nizami məhkəməsinin kommersant hakimi (VÖEN 1400028632), 100 manatlıq ziyana görə 1-ci dərəcəli qazini 300 manat cərimə edən Qumru Əliyevanın 6 saylı vəkil bürosundan ayırdığı vəkil hələ də bir ildən çoxdur özünü nişan vermir, Nəsimi məhkəməsinin (h. Vüsalə Musayeva) özbaşınalığına ayırdığı vəkil (Ayaz Məmmədzadə)məhkumun (??) hüquqlarınıistehlakçı hüquqları ilə dəyişik salıb.(?) Hər üç rayon hakimi “TƏSADÜFİ” sifarişlə təkrar təyin olunduğundan, hər üçünə etirazlara da məhkəmə sədrləri baxmayıb.

MHŞ (sədri) qiymət vermir, Baş prokuror(luq) baxmır, özünüz baxıb qiymət verin, Ali Məhkəmə Plenumunun formalaşdırdığı vahid məhkəmə təcrübəsi üstündür, yoxsa məhkəmə hakimlərinin özlərinin tətbiq etdiyi vahid rüşvət təcrübəsi?

P.S. Bakı Apellyasiya Məhkəməsi prosessual yoldan çıxıb. Onu relsə qaytarmaq üçün Məhkəmə Hüquq Şurasının, Baş prokurorluğun məhkəməyə girməsi gərəkir. DTX-nın girməsinə yol verilməsə...


Geri qayıt