Əsas Səhifə > Manşet / Sosial > İşçiyə hədə-qorxu gəlir... işçini ŞANTAJ EDİRLƏR...
İşçiyə hədə-qorxu gəlir... işçini ŞANTAJ EDİRLƏR...Bu gün, 09:41 |
SOCAR Azneft İstehsalat Birliyi "Abşeronneft"də yenə də özbaşınalıq baş alıb gedir. "DİA-AZ" xəbər verir ki, bu barədə sözügedən qurumun işçilərinin müraciəti əsasında Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı xüsusi açıqlama ilə çıxış edib.
M.Qəhrəmanlının təqdim etdiyi işçi müraciətində deyilir: "Bütün 60 yaşdan yuxarı zərərlilik pensiyası və əlilik pensiyası alan işçiləri çağırıb məcbur edirlər ki, işdənçıxma ərizəsi yazın. Yazmayan işçiləri deyirlər imtahana göndərəcəklər və işdən çıxanda müavinət belə verilməyəcək. Bu proseslərin başında "Abşeronnneft"in kadrların müdiri Sulhiyyə və əmək haqqı şöbəsinin əməkdaşı Şamil dayanır...."
Qeyd edək ki, bu olayı şərh edən NHMT sədri "əgər ixtisardırsa, "Abşeronneft"ə yeni-yeni əməkdaşlar işə götürülüb və bunlar hardan gəlir, necə götürülür?" sualını ünvanlamaqla yanaşı bu qeydi də diqqətə çatdırıb:
"Düşünürəm ki, yəqin on ildən sonra da SOCAR-da gedən proseslər müzakirə olunacaq... İşçi üçün sağlam iş şəraiti yaratmayıb, işçinin əlil olmasına, zərərli iş şəraitində onu işlədib orqanizminin zəhərlənməsinə səbəb olan işəgötürənlərdən soruçmaq lazımdır ki, hansı qanunu əsas götürüb işçiyə hədə-qorxu gəlib, onu şantaj edirsiniz? Sizlər yox, qanun şahdır!"
Geri qayıt |