Əsas Səhifə > Manşet / Üçüncü sektor / Güney Press > Saleh Məmmədov-Əvəz Qocayev cütlüyü DÖVLƏTİN AYAĞINA MİLYONLARLA BORC YAZIB
Saleh Məmmədov-Əvəz Qocayev cütlüyü DÖVLƏTİN AYAĞINA MİLYONLARLA BORC YAZIBDünən, 17:58 |
Uzun illərdir ki, başında Saleh Məmmədovla Əvəz Qocayev cütlüyünün dayandığı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus bəzi şirkətlərin dövlət qarşısında külli miqdarda vergi borcu yaranıb. Bu isə əslində o deməkdir ki, sözügedən cütlük DÖVLƏTİ BORCLANDIRMA hesabına özlərinə külli miqdarda sərvət əldə ediblər. (ANONS: Növbəti yazıda hər iki oliqarx məmurun şok sərvət siyahısını təqdim edəcəyik -"dia-az") "DİA-AZ" olaraq bildiririk ki, Dövlət Agentliyinin avtomobil yollarının tikintisi və istismarı sahəsində fəaliyyət göstərən bəzi şirkətlərinin dövlət qarşısında vergi borcu olduğu üzə çıxıb. Yən dövlətin pulu kəsilsə də, Qocayev-Məmmədov cütlüyü öz təmtəraqlı həyatından qalmayıb, əksinə, elə dövlətdən oğurlanan pullar, dövlətin borclanması hesabına həmin təmtəraq ərsəyə gəlib. "DİA-AZ" həmin borclanmış şirkətlərin siyahısını təqdim edir: 1) Bakı 1 №-li Yol İstismarı MMC - vergi borcu 708 860 manatdır. 2004-cü ildə dövlət qeydiyyatına alınan və 49 299 983 manat nizamnamə kapitalına malik olan şirkətin direktoru Zaur Həmzəyevdir. Onun AAYDA-nın Maliyyə İdarəsinin rəisi Müseyib Həmzəyevin qardaşı oğlu olduğu bildirilir. 2) 17 №-li Xüsusi Təyinatlı Yol İstismarı - vergi borcu 1 323 629.68 manatdır. 2018-ci ildə dövlət qeydiyyatına alınan MMC-nin direktoru Şahin Süleymanovdur. Onun AAYDA-nın rəhbəri Saleh Məmmədovun yaxın qohumu olduğu bildirilir. 3) 41 №-li Yol İstismarı MMC - vergi borcu 944 268.33 manatdır. 2004-cü ildə dövlət qeydiyyatına alınan və 1 469 018 manat nizamnamə kapitalına malik olan şirkətin direktoru Fayiq Əliyevdir. 4) 37 №-li Yol İstismarı MMC - vergi borcu 997 867.85 manatdır. 2005-ci ildə dövlət qeydiyyatına alınan və 2 000 000 manat nizamnamə kapitalına malik olan şirkətin direktoru Füzuli Quliyevdir. 5) 43 №-li Yol İstismarı MMC - vergi borcu 10 780 151.13 manatdır. 2004-cü ildə dövlət qeydiyyatına alınan və 1 063 194 manat nizamnamə kapitalına malik olan şirkətin direktoru İlham Əzimovdur. 6) 11 №-li Xüsusi Təyinatlı Yol İstismarı - vergi borcu 13022.34 manatdır. 2011-ci ildə dövlət qeydiyyatına alınan şirkətin direktoru Hikmət Seyidovdur. 7) 31 №-li Yol İstismarı MMC - vergi borcu 152612.47 manatdır. 2004-cü ildə dövlət qeydiyyatına alınan və 1 700 000 manat nizamnamə kapitalına malik olan şirkətin direktoru Aqil Vəliyevdir. 8) 9 №-li Yol İstismarı MMC - vergi borcu 1 351 023.51 manatdır. 2005-ci ildə dövlət qeydiyyatına alınan və 2 500 000 manat nizamnamə kapitalına malik olan şirkətin direktoru Rəşad Kərimovdur. 9) 16 №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC - vergi borcu 4 351 590.54 manatdır. 2004-cü ildə dövlət qeydiyyatına alınan və 1 326 920 manat nizamnamə kapitalına malik olan şirkətin direktoru Kazım Hüseynovdur. 10) 55 №-li Yol İstismarı MMC - vergi borcu 397614 manatdır. 2004-cü ildə dövlət qeydiyyatına alınan və 493 611 manat nizamnamə kapitalına malik olan şirkətin direktoru Firdovsi Qafarovdur. 11) 3 №-li Yol İstismarı MMC - vergi borcu 72 587.79 manatdır. 2004-cü ildə dövlət qeydiyyatına alınan və 6 000 000 manat nizamnamə kapitalına malik olan şirkətin direktoru Mübariz Əkbərovdur. 12) 2 №-li Magistral Yolların İstismarı - vergi borcu 2 549 104.66 manatdır. 2016-ci ildə dövlət qeydiyyatına alınan və 6 000 000 manat nizamnamə kapitalına malik olan şirkətin direktoru Əli Mikayılovdur. Hər halda, bu rəqəmlər kifayət qədər ciddidir və gərəkən qurumlar da bu məsələyə RƏQƏMLƏRİN CİDDİLİYİ qədərində ciddiyyət nümayiş etdirməlidir... BİZİ İZLƏMƏYƏ DAVAM EDİN. Növbəti yazımızda məlum cütlüyün dövlətdən oğruladıqları pulları necə sərf etdiklərini öyrənəcəyik... Geri qayıt |