Əsas Səhifə > Manşet / Güney Press > Hüququ pozulan Göygöl rayon sakini Prezidentdən KÖMƏK istəyir

Hüququ pozulan Göygöl rayon sakini Prezidentdən KÖMƏK istəyir


Bu gün, 15:23

Xeyli müddətdir Göygöl rayon sakini Mövlayev Namiq Sədir oğlunun hüquqlarının pozulması ilə bağlı ölkə mediasında xəbərlər yayılır.
Bu gün Mediaxeberleri.Az-a Göygöl rayon sakini Mövlayev Namiq Sədir oğlunun Prezident İlham Əliyevə müraciəti daxil olub.
Müraciəti olduğu kimi dərc edirik:
Möhtərəm Cənab Prezident,
Sizin, ölkəmizdə həyata keçirdiyiniz böyük transformasiya və islahatlara, vətəndaşların hüquq və ədalət mühafizəsinə daim rəğbət bəsləyən bir vətəndaş kimi, özümün və ailəmin talehini alt-üst edən ağır bir ədalətsizlik və hüquq pozuntusu barədə müraciət etməyə məcbur olmuşam.
2023-cü ildə imzaladığınız Sərəncamla, qaz təsərüfatında təhlükəsizlik müayinələrinin aparılması vəzifəsi "Azəriqaz" İstehsalat Birliyinə tapşırıldı. Lakin, təəssüflər olsun ki, Birlik tərəfindən Sizin fərman və sərəncamlarınızda nəzərdə tutulan böyük məsuliyyət, lazımi texniki və kadr təminatı olmadan, ixtisassız fəhlələrin, o cümlədən mənim çiyinlərimə qoyuldu. Bizlərə nə xüsusi ölçmə cihazları verildi, nə də bu qədər mürəkkəb məsuliyyəti daşımaq üçün kifayət qədər ixtisas artırma təlimi keçirildi. Ancaq sistemdən qaynaqlanan bu çatışmazlıqların bütün ağır nəticələri və cəza tədbirləri indi yalnız və yalnız biz, sahədəki işçilərin fərdi məsuliyyətinə yazılır.
Bu vəziyyətin ən ağır nümunəsi ilə indi üz-üzəyəm. Göygöl rayonunda baş verən və 4 nəfərin faciəvi ölümü ilə nəticələnən hadisə ilə bağlı mən, yalnız vizual yoxlama həyata keçirə bilən bir nəzarətçi kimi, "vəzifə borcunu pozmaqla" ittiham olunaraq həbs təhlükəsi altındayam. Halbuki, istintaq tamamilə səthi və qərəzlidir.
Ona istinad edirlər ki, mən 7 ay əvvəl aparılmış yoxlamada nöqsanları qeydə almamışam. Lakin, həmin gecə ölümlərin real səbəbi mənim yoxlamamla deyil, zərərçəkənlərin yüksək dozada spirtli içki və narkotik vasitə qəbul etməsi ilə əlaqədardır. Bu bir tibbi fakt olmalı idi, lakin istintaq bu istiqamətdə heç bir ciddi araşdırma aparmır. Əksinə, hadisə yerində heç bir dəm qazı əlaməti olmadığı, hətta zirzəmi qapısının açıq olduğu şahidlər tərəfindən təsdiq edildiyi halda, bütün diqqət yalnız mənim üzərimə cəmlənib.
Daha ağırı odur ki, qanında etil spirt aşkarlaya bilməyən bir tibbi ekspertin və əli cibində gəlib rüşvət alıb yalnız "vizual baxış" əsasında verdiyi qərəzli rəy, istintaq orqanı tərəfindən mənə qarşı yeganə "texniki sübut" kimi istifadə olunur. Məni həbs etmək istəyənlər, ölümün real səbəbini araşdırmaq əvəzinə, asan hədəf olan bir sahə işçisini günah keçisi etməyə çalışırlar. Sistemin çatışmazlıqlarının, qeyri-kafi təchizatın və ixtisassız kadrların yaratdığı problemlər hamısı ilə yalnız mən hesablaşıram.
Cənab Prezident,
Sizin dəfələrlə vurğuladığınız kimi, qanun qarşısında hər kəs bərabərdir və ədalət hər bir vətəndaş üçün əlçatan olmalıdır. Bu hadisə ilə bağlı ədalət yalnız o vaxt bərpa olunar ki, həqiqi səbəblər – narkotik və spirtin təsiri, ev sahiblərinin qanunsuz quraşdırmaları və nəhayət, qaz təsərüfatındakı sistem çatışmazlıqları – tam və tərəfsiz şəkildə araşdırılsın. Mən isə, öz vəzifə borcunu vicdanla yerinə yetirmiş bir işçi kimi, yalnız sistemin qüsuru üçün cəzalandırılmaq istənirəm.
Xahiş edirəm, mənim taleyimdə olduğu kimi, digər əməkdaşlarımızın da taleyi sistemin qüsurlarının qurbanı olmasın. Bu məsələyə şəxsi müdaxiləniz və aidiyyəti qurumlara göstərişiniz çox sayda ailələri fəlakətdən xilas edə bilər. Sizin bu məsələni nəzarətə götürməniz və yenidən, tərəfsiz bir istintaqın aparılması, həqiqi günahkarların məsuliyyətə cəlb edilməsi və məsum bir vətəndaşın həbs olunmaqdan xilas edilməsi üçün lazımi tədbirlər görülməsini sizdən xahiş edirəm.
Hörmət və ehtiramla,
Mövlayev Namiq Sədir oğlu
Vəzifə: "Azəriqaz" İB-nin işçisi
Ünvan: Göygöl rayonu, N. Nərimanov küç., ev 72
Telefon: 0556183095

Geri qayıt