Əsas Səhifə > Manşet / Siyasət > Ramik Əşrəfov NƏ İŞLƏR ÇEVİRİR?

Ramik Əşrəfov NƏ İŞLƏR ÇEVİRİR?


Bu gün, 09:24

2026-ci ildə Meşələrin Inkişafı Xidmətinin rəhbərliyi qurumun Regional Mərkəzlərində olan bir neçə ştatı (7 ştatı ) ixtisara salmaq istəyir. Onlardan biri də kadastr ştatıdır. Meşələrin Inkişafı Xidmətində torpaq alveri davam edir. Görünür, Xidmətdə olan bəzi işbazlar kadastr ştatların ixtisara salıb öz məkrli planların rahat həyata keçirdsinlər.
Hal-hazırda dövlət meşə fondu torpaqlarının təyinatı Nazirlər Kabinetinin qərarları olmadan dəyişilir.
MIX-də oturan bir qrup şəxs meşələri yox, öz maddi maraqların düşünür. 2018-ci ildə Meşə Təsərrüfatları İdarələrin Regional Mərkəz olandan sonra orada kadastr ştatı yarandı.
Regional Mərkəzlərdə olan kadrların sayəsində bir çox dövlət meşə torpaqları zəbtrlərdən azad edildi.
Qırma sahələri, meşə əkinləri, təbii bərpa, oduncaq anbarları, yanğın baş vermiş ərazilər, rekreasiya istirahət obyektləri və s. kadastrı vurulur, yəni kadastrsız bu mümkün deyil.
Görünür kadastr ştatı ləğv edib, dövlət meşə torpaqların rahat satmaq istəyirlər.
Regional Mərkəzlərdə olan işçilər meşə quruluşu xəritələrin bilmir. Meşə quruluşu xəritələri ilə işləmək bir başa kadastrın işdir.
Növbəti yazılarımızda Xidmətdə aparılan saxta meşəquruluşu işləri və Regional Mərkəzlərdə olan balaca dolayları qeyri-qanuni olaraq dəyişdirilməsi barədə geniş məlumat verəcəyik.

P.S. Kadastr ştatı ləğv olunandan sonra , yuxarıda sözügedən kadastr işlərin kim Mərkəzlərdə görəcək?!
Bunlara meşə yox, öz şəxsi maraqları lazımdır. /Nyus.Az/

"DİA-AZ" bildirir ki, ETSN Meşələrin İnkişafı Xidmətinə Ramik Əşrəfov rəhbərlik edir. Ramik müəllimin adı isə bu vaxta qədər kifayət qədər qaranlıq işlərdə hallansa da, keçmiş ETSN şefi Muxtar Babayev tərəfindən himayə olunub.

İndi isə görünəni odur ki, Ramik Əşrəfov ETSN-dəki son dəyişikliklərdən də sarsılmayıb, əksinə yeni nəfəs qazanıb...


Geri qayıt