Əsas Səhifə > Manşet / Hadisə > NDU tələbələrə 5 gün VAXT VERDİ: Pulu ödəməsələr...

NDU tələbələrə 5 gün VAXT VERDİ: Pulu ödəməsələr...


Bu gün, 10:40

Bu ilin təhsil haqqını ödəmək üçün Naxçıvan Dövlət Universiteti tələbələrə beş gün vaxt verib. Əks təqdirdə onlar universitetdən qovulmaqla hədələnirlər. Halbuki, əvvəllər bu pulu hissə-hissə ödəmək üçün ilin sonuna kimi vaxt verilirdi.
Bu haqda “Gündəlik Naxçıvan” məlumat verən tələbələrijn sözlərinə görə, gözlənilməz qərar onları çıxılmaz vəziyyətə salıb. Onlar deyirlər ki, təhsil haqqını tam ödəmək üçün onlara bu həftənin sonuna kimi vaxt verilib.
Tələbələrdən B. Dadaşov deyir ki, u qədər qısa müddətdə ödənişi təmin etmək onun ailəsi üçün mümkünsüzdür:
isə onlar üçün çətindir. Əvvəlki illərdə belə sərt qaydalar tətbiq edilmirdi və ödənişlərə növbəti ilə qədər vaxt verilirdi.
“İlk dəfədir ki, bu qədər sərt bir qayda tətbiq edilir. Əvvəllər yanvar ayına kimi möhlət verilirdi. Tələbələr hissə-hissə ödəniş edirdilər. Rəhbərlik bu həftənin sonuna kimi vaxt qoyub. Bizim ailəmizin isə buna imkanı yoxdur. Nə edəcəyimizi bilmirik. Valideynlərimiz də pis vəziyyətə düşüb.
Bankdan pul götürmək istəyənlər var. Elələri var ki, banklara borcu olduğu üçün əlavə kredit də götürə bilmir. Pulu ödəməyənləri universitetdən qovmaqla hədələyirlər.”
İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi olan Ə. Ağayeva isə, onlara ödəniş üçün cəmi bir gün vaxt verildiyini bildirir:
“Bizim fakültə lap irəli gedib. Digərlərinə 5 gün vaxt qoyulduğu halda bizə cəmi bircə gün möhlət veriblər. Arxayın idik ki, həmişəki kimi yanvar ayına qədər təhsil haqqını hissə-hissə ödəyəcəyik. Bir günün içində qərar verilib ki, ya təhsil haqqınızı tam şəkildə ödəyin, yada panelləriniz bağlanacaq, imtahanlara buraxılmayacaqsınız.
İmtahana buraxılmasaq da “qayıblar” yazılacaq, kəsirimiz yaranacaq. Bu zaman da yeni problemlər ortaya çıxacaq. Həm dərsdə olmadığımız üçün, həm də yenidən imtahan verməyimiz üçün əlavə pul ödəməli olacağıq. Bizimlə bərabər valdeyinlərimiz də çətin vəziyyətə düşüb. Bizi anlayan, şikayətimizə baxan kimsə tapılmır.”
Tələbələr aidiyyəti qurumlara müraciət edərək, problemin həllini tələb edirlər.

Geri qayıt