Əsas Səhifə > Manşet / Siyasət > AZƏRİQAZ niyə tərpənmir: Gərək FACİƏ BAŞ VERSİN?

AZƏRİQAZ niyə tərpənmir: Gərək FACİƏ BAŞ VERSİN?


Bu gün, 09:55

"Araşdırılmasına ciddi ehtiyac duyulur..." "DİA-AZ" xəbər verir ki, bu açıqlama ilə çıxış edən Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı növbəti vətəndaş gileyini ictimailəşdirib. 
NHMT sədrinin açıqlamasında deyilir: "Abonent yazır ki, aşağıda qeyd olunan səbəbdən 1,5 ildir aldığı evə köçüb yaşaya bilmir və bu gün də kirayədə qalır.
Nizami rayonu Elşən Süleymanov küçəsi ev 137 mənzil 204 ünvanında yuxarı mərtəbənin qaz xətti və qızdırıcı "kombi" layihədən kənar və bütün texniki təhlükəsizlik qaydalarına zidd olaraq pilləkən meydançasında quraşdırılıb.✅Boruda qaz sızması ilə bağlı dəfələrlə "Azəriqaz İB -nə müraciət olunub, FHN-ə müraciət edildikdən sonra sızmanın qarşısı alınsa da, qanunsuz xətti ləğv edib xətti 45°bucaq altında yox, birbaşa yuxarı qonşunun öz balkonuna çəkmirlər. Azəriqaz İB -nin rəhbərliyi də rəsmi müraciətləri nəzərə almır. ✅Pilləkən meydançasında sızma olarsa, nə baş verə biləcəyini də nəzərə almırlar..."

Geri qayıt