Əsas Səhifə > Manşet / Araşdırma / Güney Press > Bu klinikalarda plastik əməliyyat təhlükəlidir
Bu klinikalarda plastik əməliyyat təhlükəlidirBu gün, 16:05 |
Azərbaycanda fəaliyyət göstərən klinikalarda hətta ciddi hesab edilməyən əməliyyatlarda belə ölüm faktı müəyyən edilir. Bu, əsasən plastik cərrahiyədə baş verir. Problem odur ki, məsələ nə qədər öz ciddiyətini qorusa da, əməliyyatında xəstəsini öldürən həkimlər yenidən xəstə qəbul edərək əməliyyat edə bilir. Hətta siyahıya nəzər yetirdikdə plastik cərrahiyə nəticəsində bir neçə dəfə xəstəsini öldürən həkimlərə rast gəlmək mümkündür.
Kommersant.az bu yazıda plastik cərrahiyə zamanı ölən pasiyentlərin hansı həkim və klinikada əməliyata alındığının siyahısını hazırlayıb. Həkim Sirus Qoçqani 2020-ci ildə “Baku Medikal Plaza”da 24 yaşlı gənc pasiyentini plastik-estetik cərrahiyyə əməliyyatı itirib. Əməliyyat başa çatmamış pasiyentin ölüm faktı qeydə alınıb. Daha sonra məlum olub ki, S.Qoçqaninin əməliyyatında 2019-cu ildə həkim-ginekoloq Sona Gürgün Vəliyeva, 2017-ci ildə isə "Zəfəran Hospital”da model Leyla Oruclu həyatını itirib. Daha sonra Səhiyyə nazirliyi tərəfindən sözügedən həkimin sertifikasiyasının olmadığı məlum olub.
Gülbəniz Bayramova "VMR Medical Center" klinikasında özünü “həkim” Gülsüm Əliyevaya əmanət edib. Liposaksiya əməliyyatı zamanı pasiyentin ölüm faktı qeydə alınıb. Geri qayıt |