Əsas Səhifə > Manşet / Ölkə > Onu GDU-ya Ramiz Mehdiyev göndərmişdi: TƏLAŞ İÇİNDƏDİR...
Onu GDU-ya Ramiz Mehdiyev göndərmişdi: TƏLAŞ İÇİNDƏDİR...Bu gün, 10:47 |
"Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibovun başının üstünü qara buludlar alıb. Belə ki, o əvvəllər Bakı Dövlət Universitetində işləyərkən, həm də Bakıda yerləşən Ramiz Mehdiyevə məxsus Şərq-Qərb nəşriyyatında da fəaliyyət göstərirdi". Bu barədə "DİA-AZ"a göndərilən məlumatda deyilir.
Məlumatda daha sonra bildirilir: "Elə həmin vaxt Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri işləyən Fatma Abdullazadənın təqdimatı və Ramiz Mehdiyevin dəstəyi ilə Gəncə Dövlət Universitetində boş olan tədris işləri üzrə prorektor vəzifəsinə göndərildi. Qısa bir müddət ərzində Gəncə Dövlət Universitetinin rektoru işləyən Elman Məmmədovun torbasını tikdi, Elman Məmmədovu rektor vəzifəsindən azad etdirdi. Elman Məmmədov həbsdən canını güclə qurtarıb Bakıya getdi. Bir müddət Yusif Yusibov həm prorektor, həm də rektor əvəzi kimi fəaliyyət göstərdi.
Yusif Yusibovun rektor əmri gözlənildiyi halda, qəflətən Gəncə şəhər İcra Hakimiyyəinin başçısı Elmar Vəliyev universitetin professoru Yadigar Əliyevi rektor təyin etdirdi.
Rektor Yadigar Əliyevin təqdimat mərasiminə gələn o zamankı Təhsil Naziri Misir Mərdanov təqdimatda çıxış edərək bildirdi ki, həyatımda ilk dəfədir ki, universitetə rektor vəzifəsinə təyinat mənim xəbərim olmadan həyata keçirilib. Belə gözlənilməz təyinatı Yusif Yusibov həzm edə bilmədi. Elə həmin vaxtdan Yadigar Əliyevin rektor kimi fəaliyyət göstərməsinə mane olmağa başladı, elə bunun nəticəsində də Yadigar Əliyevi qısa bir müddətdən sonra məcburi məzuniyyətə göndərməyə nail oldu.
Universitetin möhürünü ələ keçirərək Yadigar Əliyevi məzuniyyətdən sonra kabinetə buraxmadı. Qardaşı Cavanşir Yusibov, o zamankı Təhsil Naziri Mikayıl Cabbarov və həmin Ramiz Mehdiyevin dəstəyi ilə Prezidentə guya Yadigar Əliyevin öz ərizəsi ilə azad olunmaq istəyini çatdıraraq rektor təyin olunmaq haqqında fərmanın verilməsinə nail oldular. Rektor təyin olunduqdan sonra universitetin böyük iclas zalında Ramiz Mehdiyevin kitabının təqdimatı keçirildi. İndi isə Yusif Yusibov Emin Əmrullayev üçün arzu olunmaz şəxsə çevrilib. Universitetin büdcəsini saxta tenderlərlə talan edir, professor-müəllim heyətinin maaşını artırmır, Elmi Şurada müzakirə olunmadan, saxta protokollar yazaraq öz ətrafında olan şəxslərə istədiyi maaşı yazır. Universitetdə dekanlardan pul yığaraq kosmetik təmirlər aparır, universitetin maddi-texniki bazasının, laboratoriya avadanlıqlarının alınması üçün heç bir tədbir görmür.
Noyabr ayının birinci on günlüyündə universitetin akkreditasiyası keçiriləcək. Təhsil Nazirliyi universiteti akkreditasiyadan keçirmək istəmir, rektor isə deyir ki, universitet akkreditasiyadan keçməsə belə, mən onsuz da qalıb işləyəcəyəm. Olan universitet əməkdaşlarına olacaq. Hətta bir qədər dərinə gedərək bildirir ki, akkreditasiya komissiyasınn üzvləri üçün qalacaqları otel də müəyyən olunub. Onların qalacaqları yerə gizli kameralar quraşdırtmışam, komissiya üzvlərinə telefonla zəng edib məlumat verən universitet əməkdaşları cəzalandırılacaq.
Məni isə Emin Əmrullayev vəzifədən çıxartdıra bilməz. Mən hər il Heydər Əliyev fonduna kifayət qədər pul ödəyirəm.
Dövlətimizə qarşı xain mövqedə dayanan Ramiz Mehdiyev ətrafında başverən olaylar isə Yusif Yusibovun yuxusunu ərşə çəkib..."
Geri qayıt |