Əsas Səhifə > Manşet / Cəmiyyət > Ramiz Mehdiyev Azərbaycanın dövlət nüfuzunu NECƏ HƏDƏFƏ ÇEVİRİB...

Ramiz Mehdiyev Azərbaycanın dövlət nüfuzunu NECƏ HƏDƏFƏ ÇEVİRİB...


Bu gün, 10:55

Ramiz Mehdiyev AMEA-nin prezidentliyi vəzifəsindən niyə qovuldu? "DİA-AZ" bildirir ki, əslində bu məsələ ortaya çox ciddi məqamları çıxarır. Yəni bu dönəmdə baş verənlər təhlil olunsa, baş verənlərə hüquqi qiymət verilsə, çox şeylər aydın olar.
Qeyd edək ki, tanınmış jurnalist Heydər Oğuz da bu fakta diqqət ayıraraq özünün sosial şəbəkə hesabında bildirir: "Məlum olduğu kimi, Ramiz Mehdiyev 23 oktyabr 2019-cu il tarixində Prezident Administrasiyasının rəhbəri vəzifəsindən qovulduqdan sonra AMEA-nin prezidenti vəzifəsinə gətirildi. Amma onun AMEA-dakı “bildirçin bəyliyi” də uzun sürmədi. Cəmi 1 il 4 aydan sonra, yəni 14 fevral 2022-ci ildə tələm-tələsik bu görəvindən də alınıb istirahətə göndərildi. Bəs bilirsinizmi niyə?
Dərd burasındadır ki, Ramiz Mehdiyev AMEA prezidenti olarkən də dinc durmur, Rusiyaya bağlı komandasını başına toplayaraq, mübahisəli iclaslar keçirirdi. Onun təşkil etdiyi ən qalmaqallı toplantı isə 2021-ci il dekabr aynın 20-də Azərbaycan Elmlər Akademiyasının kitabxanasında keçirdiyi “Rusiya-Azərbaycan yeni regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq sistemində: İlin yekunları və perspektivlər” adlı beynəlxalq dəyirmi masa olmuşdu.
Dəyirmi masada rus politoloqları ilə yanaşı, 5-ci kolon mənsubu yerli mütəxəssislər də iştirak edirdi. Az qala Türkiyə ilə Azərbaycan arasında insidentə səbəb olan ən qalmaqallı çıxış isə xüsusi tapşırıqlar üzrə səfir Pərvin Mirzəzadədən gəlmişdi. Mirzəzadə çıxışında Azərbaycanın Suriyada hərbi əməliyyatlar aparan rus təyyarələrinə hava sahəmizi açdığımızı rəsmən bəyan edərək demişdi: “Biz Rusiyanın Suriyada həyata keçirtdiyi əməliyyatı dəstəkləyirik. Təsadüfi deyil ki, Suriyaya uçüş həyata keçirən bir sıra rus hərbi təyyarələri Azərbaycanın fəzasından istifadə edirlər”.
Xüsusi diplomatın bu sözləri balla yeyiləcək kimi deyildi. Çünki həmin vaxt rus təyyarələri Suriyada Türk əsgərlərini və ya Türkiyəyə bağlı qrupları bombalayırdı. Belə çıxırdı ki, bu bombardmanı həyata keçirən təyyarələrin Suriyaya uçmamasına Türkiyənin ən yaxın müttəfiqi sayılan Azərbaycan şərait yaradırdı".
Hər halda görünəni odur ki, Ramiz Mehdiyev hər vəchlə Azərbaycana, onun dövlət maraqlarına təhlükələr yaratmaqda birbaşa və aşkar, habelə məqsədyönlü şəkildə fəaliyyət göstərib.

Geri qayıt