Əsas Səhifə > Manşet / Üçüncü sektor / Güney Press > Ekologiya və Təbii Sərvətlər Nazirliyində 253 gündür nazir yoxdur
Ekologiya və Təbii Sərvətlər Nazirliyində 253 gündür nazir yoxdur17-10-2025, 11:44 |
Azərbaycanda Ekologiya və Təbii Sərvətlər nazirləri 18 oktyabr 1991-ci ildən ölkədə müstəqillik elan edildikdən sonra seçilmişdir. Beləliklə, Azərbaycanın ekologiya və təbii sərvətlər nazirləri (müxtəlif dövrlər və müxtəlif titullarla) vəzifədə olmuşdur.
Qeyd edək ki, Muxtar Babayev 2024-cü il yanvarın 7-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının Prezidenti təyin olunub. Hazırda rəsmi məlumatlar olmasa da, Azərbaycanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərsiz fəaliyyəti davam etdirilir. Bəzi mənbələrə görə yeni ekologiya və təbii sərvətlər naziri parlamentdən gətiriləcək. Həmin şəxs müasir yanaşmaları ilə seçilir və siyasi dairələrin etimadını qazanıb. Nazir postuna namizədin adı hələlik gizli saxlanılır. Başqa bir versiyaya görə, hazırda nazirlikdə çalışan müavinlərdən biri rəhbərliyə gətirilə bilər. Bu şəxslər nazirlik sisteminə yaxşı bələddir və çevik idarəçilik təcrübəsi var. Siyasi dairələrdə yayılan digər versiya sürpriz ehtiva edir. İddialara görə, tamam fərqli sahəni təmsil edən bir dövlət qurumunun rəhbəri nazirlik üçün nəzərdən keçirilir. Bizimyol.info Geri qayıt |