Əsas Səhifə > Manşet / Cəmiyyət > AZƏRİQAZ-da Əmək Məcəlləsini HƏRLƏYƏN YOXDUR...

AZƏRİQAZ-da Əmək Məcəlləsini HƏRLƏYƏN YOXDUR...


Bu gün, 10:58

“Ağsu Regional Qaz İstismar İdarəsi”nin Göyçay Xidmət Sahəsinin Qəza-Dispetçer Xidmətində Qəza-bərpa işləri üzrə 5-ci dərəcəli çilingəri Mirzəmmədov İbad Namiq oğlu ölkə rəhbərliyinə müraciət ünvanlayıb. Bir nüsxəsi də "DİA-AZ"a daxil olan müraciətdə deyilir:
"Ağsu Regional Qaz İstismar İdarəsi rəisinin 2024-cü ildə Göyçay Xidmət sahəsi üzrə müavini olmuş Məlikməmməd Mehdiyev, eləcə də, Qəza-Dispetçer Xidmətinin rəisi Fərqan Məmmədov tərəfindən aparılan qiymətləndirmə prosesi obyektiv deyil, tam qərəzli və şəffaflıqdan uzaq formada həyata keçirilmişdir.
Mənim faktiki sahə işlərində iştirakımı təsdiq edən tapşırıq-icazə (naryad) formalarında adım və imzam birbaşa olaraq qeyd olunmuşdur.
Bu sənədlərdən aydın görünür ki, mən qaz təsərrüfatında yüksək riskli və məsuliyyətli işlərin icrasında birbaşa iştirak etmişəm, lakin rəhbərlik tərəfindən “passiv əməkdaş” kimi dəyərləndirilmişəm.
Əksinə, həmin sənədlərdə adları əks olunmayan işdə real iştirak etməyən, sahəyə çıxmayan, əmək funksiyalarını icra etməyən bəzi şəxslərə əsassız olaraq yüksək bal verilmiş və onların vəzifədə saxlanmasına şərait yaradılmışdır.
 Belə hərəkətlər təkcə əmək qanunvericiliyinin deyil, həm də etik davranış kodeksinin, korrupsiya əleyhinə prinsiplərin açıq şəkildə pozulmasıdır. Rəhbərlik bu yolla işçi seçimini şəxsi münasibətlər, himayədarlıq və qərəz əsasında apararaq şəffaflığa zərbə vurmuşdur.
Rəhbərliyin məsuliyyətsizliyi nəticəsində sahədə işçi çatışmazlığı uzun müddət davam etmiş, bu da əmək şəraitinin ağırlaşmasına, mənim səhhətimdə ciddi fəsadların yaranmasına səbəb olmuşdur. Fiziki gərginlik nəticəsində əməliyyat olunmuşam, lakin bu barədə rəhbərlik tərəfindən heç bir dəstək və anlayış göstərilməmişdir
Ağsu Regional Qaz İstismar İdarəsinin Göyçay Xidmət Sahəsində aparılan struktur dəyişiklik, qiymətləndirmə və kadr seçimi prosesinə dair xüsusi xidməti araşdırma və daxili audit yoxlaması aparılsın.
Rəhbərliyin qərəzli, şəffaflıqdan uzaq qiymətləndirmə fəaliyyəti (2024cü ildə region rəisinin Göyçay Xidmət sahəsi üzrə müavini olmuş Məlikməmməd mehdiyev Qdx ŞÖBƏ rəisi Fərqan Məmmədov) ciddi şəkildə araşdırılsın və hüquqi qiymət verilsin.
Mənim – Mirzəmmədov İbad Namiq oğlunun peşə fəaliyyəti və naryad sənədlərindəki faktiki iş göstəriciləri nəzərə alınmaqla haqqım olan ştat yerinin bərpası təmin edilsin.
Üstəlik, əldə etdiyim etibarlı məlumata əsasən, Təmir-Tikinti İdarəsinin təmirçi-çilingəri hazırda boş qalan Göyçay Xidmət Sahəsinin Qəza-Bərpa Xidmətində “qəza-bərpa işləri üzrə çilingər” vəzifəsinə təyin edilmək üzrədir.
Bu, hüquqi baxımdan tamamilə qanunsuz addımdır, çünki Təmir-Tikinti İdarəsi Azəriqaz İstehsalat Birliyinin ayrıca struktur vahididir və həmin idarənin işçisi Ağsu Regional Qaz İstismar İdarəsinin ştat cədvəlinə birbaşa yerləşdirilə bilməz.
Belə bir halda həmin şəxs faktiki olaraq öz idarəsindən işdən çıxıb, digər idarəyə yenidən işə qəbul edilmiş sayılır ki, bu da struktur dəyişikliyi prinsiplərinə, daxili normativ tələblərə və Əmək Məcəlləsinin müddəalarına açıq ziddiyyət təşkil edir..."

Geri qayıt