Əsas Səhifə > Manşet / Sosial > “Blokda olan kartımdan pul oğurlayıblar”

“Blokda olan kartımdan pul oğurlayıblar”


Bu gün, 09:51

“Leobank”ın daha bir müştərisi kartından pul oğurlandığını iddia edir.

Bizim.Media xəbər verir ki, bu dəfəki şikayətçi “Gunii” adı ilə tanınan tiktoker Günay Meydiyevadır.

O blokda olan kartından 200 manatın oğurlandığını bildirib:

“Leobank haqqında xoşagəlməz fikirlər eşitdiyimə görə hər zaman kartımı blokda saxlayırdım. Ondan sadəcə pul yığmaq üçün istifadə edirdim. Bu gün işdə olarkən baxdım ki, kartım blokda ola-ola 200 manat balansımdan çıxıb. Zəng vurmuşam banka. Mənə deyirlər ki, “biz heç nə edə bilmərik. Hansısa xarici şirkət sizin kartınızdan oğurluq edib”.

Başa düşmürəm, kartım blokda ola-ola ordan pul necə oğurlana bilər?! Siz əgər pulu qoruya bilmirsinizsə, kartdan pul çəkmək bu qədər asandırsa, o zaman bloklama funksiyasını ora niyə qoymusunuz?! Mən milyon faiz əminəm ki, pulu bank özü götürüb. İndi də deyirlər ki, “pulu qaytara bilmərik”.


Geri qayıt