Əsas Səhifə > Manşet / Hadisə > "Bank of Baku"dan BİABIRÇILIQ

"Bank of Baku"dan BİABIRÇILIQ


Bu gün, 16:09

"Bank of Baku"nun təhsil işçilərinə özəl kredit kampaniyası çərçivəsində müəllim Ramil Mehtiyevə verilmiş kreditlə bağlı bankdan şikayət edilib.

Manset.az-ın əldə etdiyi məlumata görə, sözügedən bankdan kredit əldə edən müəllim kreditin qalıq borcu üzərinə əlavə məbləğ əlavə edilərək hesablandığını iddia edib.

Vətəndaşın şəxsi məlumatları "Bank of Baku" tərəfindən istənilərək məsələnin araşdırılacağı deyilib. Lakin bundan sonra heç bir geri dönüş edilməyib.

Qeyd edək ki, son günlər "Bank of Baku"dan kredit kampaniyaları, kartlardan edilən əməliyyatlar zamanı iri məbləğdə pulların tutulması və digər mühüm problemlərlə ilə bağlı şikayətlər redaksiyamıza daxil olub. Həmin artan şikayətlərlə əlaqədar irəliləyən günlərdə xəbərlər təqdim edəcəyik.


Geri qayıt