Əsas Səhifə > Manşet / Cəmiyyət > "Az qala pişiyimizə də supulu yazırlar..."

"Az qala pişiyimizə də supulu yazırlar..."


Bu gün, 08:34

""Azərsu" pişiyimizə də supulu "yazır"..." "DİA-AZ" xəbər verir ki, bu barədə etirazını ifadə edən tanınmış jurnalist Ramina Eyvazqızının başına gələnlərin hər halda başqa bir izahə yoxdur.
Jurnalist daha sonra bildirir:
"Ardıcıl evimizə gələn hesab-fakturada ailə tərkibimiz 6 nəfər göstərilib. Ailədə 4 nəfərik. Baxmayaraq ki, evdə qeydiyyatda 2 nəfərdir. Qeydiyyat ,yaşayış ayrı məsələdir ,anladım. Tutaq ki, "Azərsu" ailə tərkibinə ara-sıra qonaq gələn qaynanamı 5-ci adam kimi əlavə edib, yəqin ki, bəs 6-cı kimdir? Tapdıq, pişiyimiz...
Zarafat bir yana, idarəyə zəng vurub məsələni soruşdum, insafla deyim ki, operativ şəkildə növbətçi kişi dəstəyi götürdü, dediyinin çoxunu özü də başa düşməsə də, hər halda susmadı...
"6 nəfər"i havadan yazmısınız? Cavab: "Narahat olmayın, mexaniki sayğacda fərqi yoxdur, nə işlədirsinizsə, odur , gedin "ASAN" a, ailə tərkibi haqqında arayış alıb gətirin verin bizə, 4 nəfər edək". Yaxşı, ailə üzvü sayı fərq etmirsə, 1 nəfər üçün aylıq istehlak norması niyə qeyd olunur? Bir də axı, "6 nəfər" yazan haradan alır məlumatı? Sayı elə azaltsın da... "ASAN" a niyə getməliyəm ki? Üstəlik də, xəbərdarlıq etmədən bu yay dəfələrlə suyumuzu kəsən, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti, sizinki xidmət deyil, biləsiz..."

Geri qayıt