Əsas Səhifə > Manşet / Gündəm > Siyəzəndə şəhid ruhuna sayğısızlıq...

Siyəzəndə şəhid ruhuna sayğısızlıq...


Bu gün, 07:41

"Siyəzən Rayon İcra Hakimiyyəti nin başçısı cənab Novruz Novruzov müəllimin diqqətinə çatdırım ki, 1 -ci Qarabağ müharibəsi şəhidi Məcnun Zəkiyevin adının verildiyi küçədəki bəzi lövhələr tamamən silinib... yox olub..." "DİA-AZ" xəbər verir ki, bunu öz müraciətində sözügedən rayonun sakini Zamiq Əliyev qeyd edib.

Bildirək ki, narazı vətəndaşın iddiası onun təqdim etdiyi şəkildə də aydın görünür.

fotofakt
Z.Əliyev daha sonra bildirir:

"Məsələ barədə Məcnun Zəkiyevin qardaşı Novruz Zəkiyev də icra başçısına şifahi şəkildə məlumat verib. İcra başçısı da öz növbəsində məsələnin həlli üçün lazımi şəxslərə göstəriş verib.

Lakin hələlik bu barədə bir tədbir görülməyib. Zəkiyevlər ailəsi məsələnin tez bir zamanda həllini tapacağına inanır. Şəhidlərimizin adlarını yaşadmaq insanlıq borcumuzdur".


Geri qayıt