SOCAR Downstream, Neft emalı zavodunun rəhbərliyinə müraciət edən Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı olduqca mühüm bir faktla bağlı araşdırma tələb edir. "DİA-AZ"ın məlumatına görə, "Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsi hər kəsin sağlam mühitdə yaşamaq hüququnu təsbit edir" deyə müraciətini başlayan NHMT sədri daha sonra bildirir: BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı və ya qısaca COP29 — BMT-nin iqlim dəyişmələri konfranslarının 11–22 noyabr 2024-cü il Bakıda keçirilən ərəfədə Neftayırma zavodunun ətraf mühitə atdığı zərəli maddələr ( tüstü , pis qoxu) müvəqqəti dayandırılsa da bir neçə müddətdir ki yenidən davam edir.
Hər gün səhərə yaxın, səhər saat 8-10 , saat 3-5 fakellər vasitəsilə pis qoxu, tüstü ətrafı zəhərləməkdə davam edir və ərazidə yerləşən iş yerlərindəki işçilərin, ərazidə(UPD,NZS) yaşayan əhalinin . zağlamlığına ciddi ziyan vurur. Hər gün zavoddan yayılan kəsif iydən nəfəs almaq çətinləşir. Kəsif iy bəzən Nizami rayonu ərazisində də hiss olunur. Davam edən bu problemin qarşısı isə nədənsə(?) alınmır. Zavod cərimələnir, cəriməni şirkət ödəyir, yaxud heç ödəmir, günahkar isə cəzasız qalır, problem həllini tapmır, proses isə davam edir. Qeyd edim ki, əvvəllər 3-4 saatdan bir labarotoriya analizləri aparılırdı. Ancaq indi bu analizlər 7-8 saatdan bir olunur. Və zavodda Azərbaycan nefti ilə bərabər keyfiyyətcə Azərbaycan neftindən fərqlənən həm də Qazaxstan və Başqırdıstan neft də emal olunur və ətraf mühiti çirkləndirən məhz həmin neftlərdir".
Geri qayıt
|