Əsas Səhifə > Manşet / Siyasət > Əsasli Tikinti Və Təchizat İdarəsinin ikili standartı
Əsasli Tikinti Və Təchizat İdarəsinin ikili standartıBu gün, 11:57 |
Azərbaycan Respublikasi Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsi tərəfindən respublikanın bir sıra təhsil müəssisələrində təmir, kommunal-kommunikasiya və abadlıq işləri üzrə 30.07.2025-ci il tarixdə başlanılmış açıq tender sorğusunda “S.H. İNŞAAT XİDMƏTİ” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan olunmuş və həmin təchizatçı ilə 8.095.862,39 manat məbləğində satınalma müqaviləsinin bağlanması nəzərdə tutulub. Məlumat satınalmalarının vahid internet portalında 09.10.2025-ci ildə dərc edilib. Satınalmaların vahid portalında 07.10.2025-ci ildə dərc edilmiş məlumata görə Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən 25.08.2025-cü il tarixində “Respublikanın bir sıra təhsil müəssisələrinin təmiri və abadlıq” işlərinin satınalınması ilə əlaqədar dərc edilmiş tenderdə “S.H. İNŞAAT XİDMƏTİ” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan olunmuş və həmin təchizatçı ilə 8.777.208,62 manat məbləğində satınalma müqaviləsinin bağlanması nəzərdə tutulub. Göründüyü kimi Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsi iki gün fərqlə “S.H. İNŞAAT XİDMƏTİ” MMC-ni ümumi dəyəri 17 milyon manata yaxın olan iki tenderin qalibi seçib. Maraqlıdır ki, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsi 25.08.2025-cü ildə başladığı satınalmada daim işbirliyində olduğu “TURAN.İ.O.” MMC və “MEQAPLUS” FİRMASI “-nı Dövlət Satınalmaları” haqqında Azərbaycan Respublikasının Qanununun 35.1.1-ci ( təchizatçı və (və ya) subpodratçı uyğunluq göstəricilərinə cavab vermədikdə;) maddəsinə əsasən kənarlaşdarıb. Buradan sual yaranır. “MEQAPLUS” FİRMASI “təchizatçı və (və ya) subpodratçı olaraq uyğunluq göstəricilərinə cavab vermirsə cəmi ay yarım əvvəl, daha dəqiqi 21.08.2025-ci ildə Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsasli Tikinti Və Təchizat İdarəsi analoji iş üzrə Sumqayıt şəhər 21 nömrəli 1176 şagird yerlik məktəbin əsaslı təmiri işlərinin satınalınmasına dair 4.434.254,38 manat dəyərində müqaviləni sözügedən şirkətlə hansı əsalarla bağlayıb. Eyni zamanda respublika üzrə bir sıra təhsil müəssisələrinin abadlıq, təmir və kommunal-kommunikasiya işlərinin satınalınması üzrə 19.12.2024-cü ildə 4.407.573,97 manat dəyərində satınalma müqaviləsi “TURAN.İ.O” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə hansı əsalarla bağlanılıb? Qeyd edək ki, bunlar Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “S.H. İNŞAAT XİDMƏTİ” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanan ilk satınalma müqavilələri deyil. “Qarabağ Universitetinin Klinikası”PHŞ-nin Tədris və Klinika binalarının mebel-inventar, avadanlıqlar və laboratoriyalarla təchizatı üzrə 9.000.000 manat, Qarabağ Universitetinin Klinikası” PHŞ-nin Klinika binasının cari və Tədris binasının əsaslı təmir işləri üzrə 9.000.000 manat dəyərində bir mənbədən satınalma metodu ilə iki müqavilə 13.05.2025-ci ildə bağlanılıb. Respublika üzrə təhsil müəssisələrində təmir və kommunal-kommunikasiya işlərinin satınalınması üzrə 3.492.100,54 manat dəyərində bir müqavilə 18.10.2024-cü ildə, respublika üzrə bir sıra təhsil müəssisələrinin təmir və kommunal-kommunikasiya işlərinin satınalınması üzrə bir müqavilə də 06.02.2024-cü ildə bağlanılıb ki, dəyəri 7.795.545,18 manat təşkil edib. Ümumilikdə isə 2022-ci ilin dekabrından 2023-cü ilin dekabr ayına qədər tərəflər arasında ümumi dəyəri 25 milyon manatdan çox 14 satınalma müqaviləsi bağlanılıb. Göründüyü kimi Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “S.H. İNŞAAT XİDMƏTİ” Məhdud Məsuliyyətli Cəmiyyəti daim işbirliyindədirlər Bəs gəlin görək bu şirkət haqqında aşıq mənbələrdə nə kimi məlumatlar var. Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “S.H. İNŞAAT XİDMƏTİ” (VÖEN: 1302481541) Məhdud Məsuliyyətli Cəmiyyətin 05.05.2011-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 50 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ, YASAMAL RAYONU, MƏTBUAT PR. , ev.24, MƏHƏLLƏ 540, m.11, qanuni təmsilçisi kimi isə Heydərov Səməd İsmayıl oğlu qeyd olunub. Vergi öhdəlikləri üzrə 2011-2024-cü illərdə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə dəfəılərlə maliyyə sanksiyası tətbiq edilmişdir. “Lisenziyalar və İcazələr haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 maddəsinə uygun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində “S.H. İNŞAAT XİDMƏTİ” MMC -nin tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə lisenziya alması barədə məlumat yoxdu. Açıq mənbələrdə “S.H. İNŞAAT XİDMƏTİ” MMC -nin barəsində olan rəsmi məlumatlar bu qəsdərdir. Amma şirkətin qalib olduğu tenderlər barədə kifayət qədər geniş məlumatlar var. Şirkətin adı daha çox Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsinin keçirdiyi şübhəli satınalmalada hallanır. Məsələn qeyd edilir ki, “respublikanın bir sıra təhsil müəssisələri”ndə təmir işləri adı altında keçirilən satınalmalarda hansısa səbəblərdən təmir işləri aparılan və ya aparılacaq “bir sıra təhsil müəssisələri”nin adını açıqlamır. Satınalmalarda təmir ediləcək təhsil müəssisələrinin adlarının açıqlanması, müsabiqələrdə eyni şirkətlərin qalib gəlməsi keçirilən tenderlərin şəffaflığı ilə bağlı müəyyən şübhələrə yol açır. Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsinin rəisi Valeh Mirzaliyevdir. O, 2022-ci ilin mart ayından İdarəyə rəhbərlik edir. Daha əvvəllər Elm və Təhsil Nazirliyinin Təhsil Texnologiyaları Mərkəzinin direktoru, Peşə Təhsili üzrə Dövlət Agentliyində direktoru vəzifələrində çalışıb. Medianın yaydığı məlumatlara görə nazir Emin Əmrullayevin yaxın çevrəsinə aid olan şəxslərdəndir. Aktualinfo.org Geri qayıt |