Əsas Səhifə > Manşet / Ölkə > "Bu qədər haqsızlıq olmaz..."

"Bu qədər haqsızlıq olmaz..."


Bu gün, 11:17

"Cəzasızlar!?" "DİA-AZ" xəbər verir ki, neçə müddətdir ki, "Azəriqaz" İstehsalat Birliyinin strukturlarında müşahidə olunan özbaşınalıqlarla bağlı həyəcan təbili çalmaqda olan Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı növbəti "Azəriqaz" işçisinin gileyini ictimailəşdirərək yazır:
"Zamana ehtiyac duyulur... “Əlaçı” olduqları üçün imtahansız vəzifə qazanan çoxlu sayda müşavirli, müavinli, köməkçili, katibəli, xadiməli cənab və cənabələr... Bu insanları işsiz qoymaqda məqsədiniz nədir axı?"
M.Qəhrəmanlı daha sonra narazı vətəndaşını gileyini təqdim edir:
"Mən Çəndirli Məhəmməd Rac oğlu "Azəriqaz" İB-nin Ağsu RQİİ-nin Qazın balannsı satışı və müştəri xidmətləri şöbəsində mühəndis vəzifəsində calışırdım. Dərəcəm 9 idi.
İyul ayinda struktur dəyişikliyi ilə əlaqədar keçirilən imtahanda 40 sualdan 38-nə düzgün cavab yazmağıma baxmayaraq, məni kadr ehtiyat bazasına veriblər. Xatırladım ki ali təhsilliyəm, heç bir xidməti xəbərdarlığım, töhmətim yoxdur.
Kimdən də soruşuram, niyə belə oldu... deyirlər, bilmirik. Sadəcə olaraq, bu qədər haqsızlıq olmaz..."

Geri qayıt