Əsas Səhifə > Manşet / Hadisə > "PULUMU VERİN!!!"

"PULUMU VERİN!!!"


8-10-2025, 09:58

"Şikayətim var – ABB və Leo Bank məsuliyyətsizliyi!.." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda Babek Orabanlı adlı istifadəçi gileylənir.

Narazı vətəndaş daha sonra bildirir: "20 avqust 2025-ci il tarixində, saat 11:33-də ABB bank kartından mənim Leo Bank kartıma 250 manat köçürülüb. Göndərən tərəfin kartından pul çıxıb və ABB bank tərəfindən ödəniş çeki də təqdim olunub.
Amma bu günə qədər "Leo Bank" kartıma həmin vəsait daxil olmayıb!
ABB bank məsuliyyəti üzərindən ataraq “pul göndərilib” deyir, Leo Bank isə “bizlik deyil” cavabını verir. Bəs mənim pulum haradadır?!.
Müştərinin hüququnu qorumaq əvəzinə, iki bank məsuliyyəti bir-birinin üzərinə atır. Bu, həm qanunsuzdur, həm də müştəriyə qarşı hörmətsizlikdir.
Pulumun tez bir zamanda hesabıma qaytarılmasını tələb edirəm!.."


Geri qayıt