Əsas Səhifə > Manşet / Güney Press > AQTA-nın tövsiyyə etdiyi məhlul su çənlərini deşib
AQTA-nın tövsiyyə etdiyi məhlul su çənlərini deşibBu gün, 17:23 |
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin təbii bulaq suyu satan gənclərin fəaliyyətini dayandırması etiraza səbəb olub. Yenicag.az-ın məlumatına görə, sosioloq Elçin Bayramlı sosial şəbəkədə paylaşım edərək qeyd edib ki, Tovuzda bir qrup işsiz gənc, yerli əhali üçün dağlardan təmiz bulaq suyu gətirərək, litri cəmi 2,5 qəpikdən satmaqla həm əhalinin təmiz su ehtiyacını ödəyir, həm də özlərinə gündəlik 5-6 manat çörəkpulu qazanırdılar. Bu təşəbbüs təkcə onların məşğulluğunu təmin etmirdi, eyni zamanda bölgədə xlorlu su içmək istəməyən sakinlər üçün əlçatan alternativ yaratmışdı.
Sosioloqun iddiasına görə, su satıcıları təmiz, yeni paslanmaz polad çənlərlə su daşıyır və sular dünyanın ən təmiz bulaqlarından götürülür. Bayramlı şəxsən özünün də bu gənclərdən biri ilə Əsrik kəndi ətrafındakı bulaqlara gedərək, özündəki pH və TDS cihazları ilə suları yoxladığını və suyun son dərəcə təmiz və təbii olduğunu təsdiqləyib. Sanitariya-Epidemioloji Xidmət isə çənlərin dezinfeksiya olunması tələbini irəli sürüb. Gənclər bu şərtlə razılaşsalar da, nəticədə hər biri 1500 manat dəyərində olan 6 paslanmaz polad çən naməlum tərkibli dezinfeksiya maddələrinin təsirindən deşilib və yararsız hala düşüb. Bu da onlara minlərlə manat zərər vurub. Bayramlının sözlərinə görə, AQTA bu dezinfeksiya prosesindən keçməyən digər su satıcısının da fəaliyyətini heç bir əsas göstərmədən dayandırıb.
Geri qayıt |