Əsas Səhifə > Manşet / Sosial > Siyəzən sakinləri ölkə rəhbərliyinə müraciət etdi

Siyəzən sakinləri ölkə rəhbərliyinə müraciət etdi


6-10-2025, 09:12

Siyəzən Rayon Şamil Baxşıyev küçəsi sakinləri tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. "DİA-AZ" olaraq həmin müraciəti olduğu kimi təqdim edirik:

"Azərbaycan Respublikası Konstitusiyasnın 57 -ci Maddəsinin 1 və 2 bəndlərini rəhbər tutaraq Sizə şikayət edirik. Şikayətimizin məzmunu əsasan 3 hissədən ibarətdir və sözü gedən problemlər bir vətəndaş və rayon sakini kimi bizim üçün mülki təhlükəsizlik və sanitar epitemoloji baxımdan mühüm əhəmiyyət kəsb edir.Xatırladaq ki biz öz problemlərimiz barədə iki dəfə Siyəzən Rayon İcra Hakimiyyətinə kollektiv şəkildə müraciət ünvanlamışıq lakin məsələ ilə bağlı heç bir tədbir görülməmişdir.Yəni vətəndaşların problemləri bilərək ya da məsuliyyətsizlikdən gözardı edilməkdədir.
İlk növbədə məlumat üçün Sizə bildirirk ki bir neçə ay bundan qabaq güclü yağış yağması ilə əlaqədar olaraq təbii fəlakət zamanı Siyəzən rayonunda da bir çox ciddi fəsadlar dağıntılar meydana gəlmişdir ki, bundan da bəzi küçə və məhəllələr fərqli şəkillərdə zərər görmüş və vətəndaşların mülkiyyətinə ziyan deymişdir.Bu təbii fəlakət bizim yaşadığımız Şamil Baxşıyev küçəsindən də yan keçməmişdir.Belə ki yağan güclü yağış zamanı bizim küçədə yerləşən evlər suyun altında qalmış və vətəndaşlar əmlaki mülki baxımdan zərərlə üzləşmişdir.Fəlatədən sonra Siyəzən Rayon İcra Hakimiyyəti rəhbərliyi bizim küçəyə baxış keçirdi və baş verən fəsadların aradan qaldırlması və gələcəkdə baş verə biləcək fəsəadlara qarşı tədbir görüləcəyi barədə bizi əmin etsələr də məsələ ilə bağlı heç bir təbir görülmədi.
Qeyd edək ki sel sularına qarşı bizim yaşadığımız ərazidə ən azı iki ədəd minlik patron turba basdırılmaldır ki gələckdə güclü yağış zamanı əvvəlki kimi yağış suları sakinlərin mülkünə zərər vurmasın həyətyanı sahələr su altında qalmasın.Bu çox mühüm məsələdir bu məsələyə laqeyd yanaşmaq vətəndaşların mülkiyyətinə bilərəkdən ziyan vurmağa şərait və zəmin yaratmaqdır.

Bundan əlavə ərazidə məişət tullantılarının boşaldılması üçün zibil qutusu /konteyner yoxdur.Sakinlər tullantıları boşaldmaq üçün öz şəxsi maşınlarından isitfadə edir qalan sakinlər də tullantıları çox uzaq məsafələrə boşaldmış olur.Əraziyə zibil konteyneri təyin edilməsi şərtdir.Çünkü ərazidə pərakəndə boşaldılmış məişət tullantıları antisanitar vəziyyət yaradır bu da sakinlərin sağlamlığı üçün təhlükə yaradır.Xatırladaq ki Azərbaycan Respublikası Konstitusiyasının 39 -cu Maddəsinin 1 -ci bəndinə əsasən “Hər kəsin sağlam ətraf mühütdə yaşamaq hüququ vardır” bunun təşkil edilməsi və nəzarəti Siyəzən Rayon İcra Hakimiyyətinin üzərinə düşür.Biz bir vətəndaş kimi tullnatılar üçün boşuna ödəniş edirik çünkü zibilin boşaldılması və daşınması üçün heç bir tədbir görülmür.

Bundan başqa da onu qeyd edək ki bizim küçəyə asvalt örtüyü döşənməsi gərəkir.Bizim yerləşdiyimiz ərazinin hər tərəfi asvalt döşəndiyi halda bizi sanki təcrid etmişlər kimi 300 mtr məsafəyə asvalt örtüyü döşənməmişdir.Bunun adını nə qoymaq olar biz deməyə söz tapa bilmirik.İş icra edildiyi zaman tam şəkildə icra edilməlidir.Buna da yenə Siyəzən Rayon İcra Hakimiyyəti nəzarət edir.Bu açıq şəkildə qanuna ziddir və vətəndaşlara qarşı hörmətsilik hesab olunur.

Xatırladaq ki Yerli İcra Hakimiyyəti Haqqında Əsasnamənin 3.7.2 bəndinə əsasən Yerli İcra Hakimiyyəti orqanı müvafiq ərazidə sanitar-epidemioloji şəraitin yaxşılaşdırılmasını təmin edilmısində iştirak edir.

Həmin qanunun 3.7.3 bəndinə əsasən Yerli İcra Hakimiyyəti orqanı məişət tullantılarının yığılması daşınması zərərsizləşdirilməsi tədbirlər görür.

Həmin qanunun 3.9.10 bəndinə əsasən Yerli İcra Hakimiyyəti orqanı yaşayış məntəqələri ərazilərinin abadlaşdırlmasını təşkil edir

Həmin qanunun 4.9.14.bəndinə əsasən Yerli İcra Hakmiyyəti orqanı yaşayış məntəqələrində məhəllə ərazilərinin abadlaşdırılması üçün ünvanlı abadlaşdırma proqramlarını və müvafiq ərazilərin kompleks abadlaşdırılması proqramlarını hazırlayır və həyata keçirir.

Həmin qanunun 4.9.17.bəndinə əsasən Yerli İcra Hakimiyyəti oqanı müvafiq ərazidə məişət tullantılarının yığılması üçün konteyner meydançalarının yerləşdirilməsi və yenidən qurulması üzrə ünvanlı proqramları təsdiq etmək və həmin proqramların icrasına nəzarəti həyata keçirir.

Sonda qeyd etmək istəyirik ki Yerli İcra Hakimiyyəti Haqqında Əsasnamənin 5.1.8. bəndinə əsasən “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada vətəndaşların qəbulunu həyata keçirmək, onların ərizə, şikayət və təkliflərinə baxmaq, lazımi tədbirlər görmək və nəticəsi barədə vətəndaşlara məlumat vermək hüququ və vəzifəsi olsa da bu vəzifəsini icra etməmişdir, etdiyimiz yazılı müraciətlərə baxılmamış və heç bir tədbir görülməmişdir.

Bütün qeyd olunanları əsas alıb Sizdən xahiş edirik ki, problemlərimizin həlli üçün olmaqla lazımı orqana ciddi göstəriş verəsiniz..."


Geri qayıt