Əsas Səhifə > Manşet / Hadisə > "Prezidentə yox eee, get lap Səddam Hüseynə şikayət et"
"Prezidentə yox eee, get lap Səddam Hüseynə şikayət et"Bu gün, 09:56 |
"Mən, Eldar Güləliyev 42 il stajlı dəmiryolçuyam. ADY QSC-nin İnfrastruktur Departamentinin 1 nömrəli işarəvermə və rabitə sahəsinin XAZ sexinin böyük elektrik mexaniki işləmişəm. İşarəvermə və rabitə xidmətində baş verən qanunsuzluqları, korrupsiya hallarını ifşa etdiyim üçün xidmətin rəisi Qəzənfər Abduləzimov tərəfindən xəbərdarlıq edilmədən işdən azad edildim. Mənə düşən kompensasiyada mənə ödənilmədi..." Bu barədə "DİA-AZ"a göndərilən müraciətdə deyilir.Müraciət müəllifi daha sonra belə davam edir: "Qəzənfərin himayəsi altında olub sahədə “at oynadan” sahənin rəisi Elxan İsmayılov dedi ki, “Prezidentə yox eee, get lap Səddam Hüseynə şikayət et. Mənim arxamda Qəzənfər dayanıb” . Görün ha, harınlamanın dərəcəsinə baxın. Yəni bu adam demək istəyir ki, mən bu ölkədə heç kəsi saymıram, burada ən üst mənəm. Bu Qəzənfər kimdir ki, bunun havadarlıq etdiyi adam özünü Prezidentdən üstün sayır?! Gördülər bu Elxanın işi fırıqdır, onu işdən azad etdilər. İndi Qəzənfər onu Biləcəri stansiyasına rəis təyin edib, orada gizlədib onu.Bu yaxınlarda Baş prokuror Kamran Əliyevin qəbulunda oldum, ona ərizə verdim. Ərizəm araşdırılması üçün ADY-ə göndərildi. Gördüm araşdıran yoxdu, Daxili nəzarət departamentinin rəisi Əsəd Məmmədovla əlaqə saxlayaraq, müraciətim niyə araşdırılmadığı soruşdum. O məndən nə soruşsa yaxşıdır, soruşur ki, “Əgər cavab sənin xeyrinə olmasa, nə edərsən?” Dedim, “burda söhbət mənim, sənin xeyrindən getmir, dövlətin xeyrinədən gedir.Mənim müraciətim dövlətin maraqları ilə üst-üstə düşür, mən korrupsiyadan, dövlət əmlakının talanmasından şikayət edirəm. Siz hansı xeyirdən danışırsız, onda elə çıxır siz burda öz xeyrinizi güdürsüz”. Cavab vermədi,birdə gördüm ki, iki gündən sonra mənə ADY-dən cavab gəlib. Cavabda yazılıb ki, “faktlar təsdiqini tapmadı” vəssalam. Sizcə buna cavab demək olar? Bunu balaca uşaqda yaza bilər. Sənədsiz, subutsuz, təsdiqini tapmadı. Özüdə kimin imzası ilə, sənədlər şöbəsinin müdürü Əlövsət Allahverdiyevin. ŞOK. Biz görmüşük ki, müraciətə cavab sədrin, sədr yoxdursa onun birinci müavinin imzası ilə verilər, harda görülüb ki, dəftərxananın müdürü məktuba cavab verə?! Bu ancaq ADY-də olur. Əlaqə saxladım Əlövsət Allahverdiyevlə, müraciətə cavab vermək onun vəzifə səlahiyyətlərinə aid olmadığını, nəyə asasən məktubu imzaladığı soruşdum. Gördüm dili topuq vurur, məktubun ona daxili nəzarət tərəfindən verildiyini onun da imzaladığını bildirdi. Maraqlıdır, Daxili nəzarət məktubu imzalamaq üçün sədrə verməyib, dəftərxananı müdürünə niyə verir?! Deməli belə qənaətə gəlmək olur ki, sədrin bundan xəbəri yoxdur. Keçən dəfə Ə.Allahverdiyev dedi ki, mənə məktubu işarəvermə və rabitə xidmətin insan resursları şöbəsinin müdürü Sevinc Məmmədova verib, deyib ki, “bunu imzala”. Dedim bunu kim araşdırıb ki? Deyir Qəzənfər araşdırırb. Özü barədə olunan şikayəti Qəzənfər necə araşdıra bilər? Dəmək bunlar hamısı əlbirdir. Bir neçə il öncə rəhbərlik mənə bildirdi ki, mini ATS almaq lazımdır, yoxsa sex bağlanacaq qalacaqsız işsiz. Məndə işsiz qalmamaq üçün məcbur qalıb 1250 manata mini ATS aldım. Yəni bu mənə ADY tərəfindən verilməyib onu şəxsi vəsaitimlə almışam. Onun mənə ADY tərəfidən verilməsini sübüt edən hər hansı bir sənəd, qaimə-faktura mövcud deyil. Bu yaxınlarda sexin işçilərin hərəsin bir bəhanə ilə işdən azad etdilər, sexidə bağladılar. Belə olduğu təqdirdə Qəzənfər Abduləzimova müraciət etdim ki, mini ATS mənim şəxsi əşyam olduğu üçün onu mənə qaytarsın. Qəzənfər müraciətə cavab vermədi, telefonlarada cavab vermir, verib katibəni, Sevinc Məmmədovanı qabağa. Nə vaxt zəng edirsən işdə tapılmır. Kül belə idarənin başına ki, orada katibələri veriblər qabağa. Gördüyünüz kimi bunlar hətta içilərin şəxsi əşayalarını belə mənimsəyirlər. Biabırçılıqdır vallah..." Geri qayıt |