Əsas Səhifə > Manşet / Sosial > Direktor Dadaş Əliyev hər müəllimdən 50 manat, rəhbər şəxslərdən isə 100 manat pul yığır
Direktor Dadaş Əliyev hər müəllimdən 50 manat, rəhbər şəxslərdən isə 100 manat pul yığırBu gün, 09:48 |
5 oktyabr Müəllimlər Günü münasibətilə paytaxtda yerləşən məktəblərdə şagirdlərdən pul yığılması artıq adi hala çevrilib. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Müəllimlər Günü münasibətilə pul yığılmasını qadağan etməsinə baxmayaraq, paytaxt məktəblərində valideyn komitələri tərəfindən pul yığılması davam edir. Əldə etdiyimiz məlumata görə paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən 281 saylı tam-orta məktəbdə Müəllimlər Günü münasibətilə valideynlərlə bərabər həmdə müəllimlərdən pul yığılır. Belə ki, məktəb müəllimləri 50 manat, rəhbər şəxslər isə 100 manat direktora pul verirlər. Məsələnin ilginc tərəfi ondan ibarətdir ki, müəllimlər bir-bir direktor Dadaş Əliyevin otağına gələrək, pulu katibə tərəfindən stolun üstünə qoyulmuş dəftərin arasına qoyaraq adlarını yazırlar. Məsələ ilə bağlı 281 saylı orta məktəbdən münasibət öyrənmək mümknü olmadı. xalq.online Geri qayıt |