Əsas Səhifə > Manşet / Siyasət > "Sizin Gömrük xidmətinizin X-Ray cihazları yoxdurmu?"

"Sizin Gömrük xidmətinizin X-Ray cihazları yoxdurmu?"


Bu gün, 09:30

"Hörmətli Dövlət Gömrük Komitəsinin rəhbərliyi, təxminən 10 gün əvvəl Amerikadan Azərbaycana ABŞ-nin USPS poçt şirkəti vasitəsilə göndərdiyim və bu gün AzərPoçtdan qohumum tərəfindən təslim alınan bu bağlamanın əməkdaşlarınız tərəfindən açılmasının adı nədir? Lütfən, bu hərəkətin adını siz qoyun. Əgər ad qoymaqda çətinlik çəkirsinizsə, mən bir neçə variant təklif edə bilərəm, bunların arasından seçim etmək haqqını sizə buraxıram: qanunsuzluq, ədəbsizlik, tərbiyəsizlik, hədsizlik, vətəndaşı insan yerinə qoymamaq, vətəndaşın şəxsi mülkiyyətinə müdaxilə, oğurluğa cəhd, görməmişlik, süləntilik, siçovulluq, goreşənlik, vətəndaşların Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit edilmiş hüquqlarına tüpürmək..." "DİA-AZ" xəbər verir ki, bunu öz etiraz dolu müraciətində ictimai-siyasi fəal, hazırda ABŞ-də yaşayan Zaur Bayramlı qeyd edib.
O müraciətini daha sonra belə davam etdirir: "Siyahını istənilən qədər uzada bilərəm, amma nə yazıq ki, uzanandıqca uzanan bu siyahıda müsbət bir hal görmək mümkün olmayacaq.
ABŞ-dən neçə ölkə keçərək Azərbaycana qədər gedən karton bir bağlamada silah, narkotika kimi bir şeylər göndərəcəyimizin fantaziyasınımı qurdu "zəki" əməkdaşınız görəsən???
ABŞ kimi yüksək təhlükəsizlik imkanları olan bir ölkənin X-Ray cihazlarından keçən bir bağlamanı açmaq, siçovul kimi eşələmək hansı "ağlın" məhsuludur, hörmətli məsul şəxslər???
Sizin Gömrük xidmətinizin X-Ray cihazları yoxdurmu? (Sual ironikdir).
Elə isə bir neçə yerdə X-Raydan keçən bir bağlamanı açmaq hüququnu sizin təlim və tərbiyədən uzaq olan əməkdaşınıza kim verib?
Təlim və tərbiyə demişkən, sisteminizə aldığınız əməkdaşlar hər hansı bir təlim-tərbiyə sürəcindən keçirmi, yoxsa məsələ sadəcə Benjamin babanın xoşməramlı müdaxiləsi ilə öz həllini tapır???
Hörmətli cənab prezident Ilham Aliyev , Ilham Aliyev , bu və bunun kimi məsələlər xırda bir hal kimi görünə bilər, amma bütün bunları bir araya gətirdiyimizdə, sizə və dövlətimizə qarşı məqsədyönlü təxribatdan başqa bir şey deyil.
Bu kimi halları edən siçovulların məqsədi vətəndaşları, özəlliklə ölkədən xaricdə yaşayan soydaşlarımızı öz dövlətlərindən soyutmaqdan başqa bir şey deyil.
Hörmətli Dövlət Gömrük Komitəsinin rəhbərliyi, bir vətəndaş olaraq bu qanunsuzluğu edən əməkdaşınızın müəyyən edilərək qanun və daxili nizamnamə çərçivəsində cəzalandırılmasını və bununla bağlı tərəfimə məlumat verilməsini xahiş və tələb edirəm".

Geri qayıt