Əsas Səhifə > Manşet / Gündəm > Şahbuzda sürücüləri təhdid edənlər KİMDİR?

Şahbuzda sürücüləri təhdid edənlər KİMDİR?


Bu gün, 09:19

Şahbuz rayonunda qum-çınqıl istismarına qoyulan qadağanı ictimailəşdirən sürücülər təhdid olunduqlarını bildirirlər. Onları təhdid edən isə, Naxçıvan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarıdır. Bu haqda “Gündəlik Naxçıvan”a bir qrup sürücü məlumat verib.
Sürücülər bildirirlər ki, nazirlik əməkdaşları onları yüksək cərimə yazmaqla hədələyirlər:
„Biz məsələni ictimailəşdirdikdən sonra nazirliyə yuxarıdan tapşırılıb ki, problem həll olunsun. Onlar da bunun yerinə, bizi hədə-qorxu ilə susdurub, problemi həll olunmuş kimi göstərməyə çalışırlar.
Bizə xəbərdarlıq edirlər ki, susmasanız cərimə yazılacaq. Biz isə, şikayətlərimizi davam etdirəcəyimizi bildirmişik. Bildirmişik ki, bu cür cərimələr əsassız olduğundan, razılaşmayacağıq. Biz üç aydır işsiz qalmışıq.
Üç ay bundan qabağa kimi işləməyə icazə verirdilər, biz də buna görə nazirliyə pul ödəmişik, əlimizdə qəbzlər var. İzah etsinlər ki, bu qadağanın səbəbi nədir. Yəqin ki, bu sahəni də tam monopoliyaya almaq istəyirlər.“
Bir neçə gün öncə Şahbuz rayonundan olan bir qrup sürücü “Gündəlik Naxçıvan”a bildirmişdi ki, Heydər Əliyev Su Anbarının ərtafından toplayıb satdıqları qum və çınqılın istismarına qadağa qoyulub. Onların sözlərinə görə, bu qadağanı tətbiq edən isə, yerli Su Ehtiyatları Agentliyidir.

Geri qayıt